Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yanmış mənzildə meyiti tapılan qadın qətlə yetirilibmiş

Ucar rayonunda yanmış mənzildə meyiti tapılan qadının qətlə yetirildiyi aşkarlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Ucar rayon sakini Qənirə Həsənovanın meyitinə baxış keçirilərkən onun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər aşkar edilib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə dekabrın 6-da qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Ucar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti 10 kv.m sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibinin qismən yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.






8 Dekabr, 2014  16:47 Baxılıb: 775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner