Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Avropa Oyunlarından büdcəyə ciddi gəlir gəlməyəcək” - RƏY

Rusiya Soçi şəhərində 2014-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyini qazandıqdan sonra ekspetlər bunun ölkə iqtisadiyyatına ciddi mənfi təsir edəcəyini proqnozlaşdırırdılar. Bunu qəbul etməyən hökumət dairələrinin hesablamalarının əleyhinə olaraq, müxalif rəylərin proqnozları öz təsdiqini tapdı. Azərbaycan da 3 ildir I Avropa Oyunlarına hazırlaşır və bunun üçün milyardlarla pul xərclənir. Bəs, neftin qiymətinin kəskin ucuzlaşması fonunda, iqtisadi böhran yaşanacağı, büdcədə kəsirlərin əmələ gələcəyi, dövlət xərclərinin azaldılacağı müzakirə edildiyi bir zamanda kifayət qədər yüksək xərclər tələb edən Avropa Oyunları Azərbaycan iqtisadiyyatna necə təsir edəcək? Azərbaycanın qazancı və itirəcəkləri nə olacaq?

Mövzu ətrafında söhbət apardığımız iqtisadi-eksper Rövşən Ağayev deyib ki, 2015-ci ildə Avropa Oyunlarına hazırlığa 1.3 milyard pul xərcləməyi planlaşdırılır ki, bu məbləğ ölkə üçün problem olmayacaq: “Çünki, Neft Fondundan transferlər hesabına ehtiyyaclarılmız 2015-ci il üçün artıq ödənib. Əgər hazırlıqlara indi başlansaydı nəticə çox ağır olardı. Ümumilikdə bu oyunlara 3 milyarddan artıq pul xərclənməsi gözlənilir. Bunun isə 2 milyardı artıq xərclənib. O baxımdan çox ciddi problemlər gözlənilmir”.

Lakin ekspert qeyd edib ki, həmin vəsaitlər zamanında ehtiyyatlarımızın artırılmasına yönəldilsəydi, daha səmərəli istiqamətdə istifadə olunsaydı, neftin ucuzlaşmasından sonra  yarana biləcək büdcə boşluqlarını kompensasiya etmək olardı: “Bu  kimi yarışlardan, tədbirlərdən ölkənin iqtisadi baxımdan uduşu yoxdur. Burda nə qazanc o ola bilər? Ölkəyə maksimum halda çoxlu əcnəbi gələ bilər, otellərdə qala, burda pul xərcləyə, ticarət, xidmət dövriyyəmizi artıra bilərlər. Bu isə yalnız bir ay ərzində baş verə biləcək. Azərbaycanda isə bu gün qara iqtisadiyyat mövcuddur. Turistlərin xərcləyəcəyi pullardan gələn gəlirlərdən isə büdcə heç nə qazanmayacaq. Məsələn, turist otelə gedəcəksə ora  ödədiyi vergidə dəyişiklik olmayacaq. Çünki həmişə hansı yolla ödəyirdisə, yenə sahibkar işini elə davam etdirəcək”.

R. Ağayev ümumilikdə ölkədə son 10 ildə tikinti sektorunda səmərəsiz xərcləmələrin olduğunu da bildirib: “Söhbət təkcə Olimpiyadadan getmir. Hökumətin son 10 ildə tikdiyi çoxlu tikililər var. İndi sevinirik ki, tikinti-quruculuq işləri gedir. Amma neftin qiyməti bir müddət belə düşməyə davam eləsə Azərbaycanda çox ciddi iqtisadi problemlər yaranacaq. O zaman bu tikililəri niyə tikdiyimizi düşünəcəyik. Biz sonra hiss edəcəyik ki, nə qədər səmərəsiz pullar xərcləmişik. Bu pullardan biz iqtisadiyyatımız üçün, gələcəyimiz üçün daha səmərəli istifadə edə bilərdik”.

Vüsal Qarayev







8 Dekabr, 2014  16:02 Baxılıb: 1057 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner