Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Həmyerlimiz maşınla arvadının üstündən keçdi

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qaraçöp (Saqareco) bölgəsinin Tüllər kəndində cinayət hadisəsi baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, şənbə günü Tüllər kənd sakini Elimxan Yadigarov həyat yoldaşı Məleykə Yadigarovaya silahdan atəş açıb. Güllə qadına dəyməyib. Bu zaman E. Yadigarov maşını ilə həyat yoldaşının üstündən keçib və nəticədə M. Yadigarova dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisəni törətməkdə təqsirli bilinən E. Yadigarov saxlanılıb. Onun törətdiyi əməli etiraf etdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb. Onun avtomobili araşdırma aparmaq üçün götürülüb.

Məlumata görə, 41 yaşlı Elimxan Yadigarovun Məleykə Yadigarova ilə nikahından övladları var və oğlu evlidir.






8 Dekabr, 2014  15:57 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner