Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Qarabağ-Diaspor, Soyqrım və Terror" - NƏŞR

“Qarabağ-Diaspor,Soyqrım və Terror” adlı sayca 7-ci kitab nəşr olunub.

Simsar.az-ın məlumatına görə, kitabın müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevdir.

Kitab Avropa nəşriyyatı tərəfindən 450 səhifə həcmində çap ediılib. Nəşrdə ön söz müəllifləri Avropa Mədəniyyət və Cəmiyyət Mərkəzi Strasburq Universitetinin türk tədqiqatları şöbəsinin müdiri Stefan de Tapia, elmi redaktoru fəlsəfə elmləri doktoru Rəna Mirzazadədir. Rəylər AVCİYA-nın I vitse prezidenti Vəli Əlibəyov, “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalın baş redaktoru Zaur Qəriboğlu və “Xəzər” Azərbaycan İsveç Dostluq Cəmiyyətinin sədri Leila Kianidir.

AVCİYA-Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və KarabakhİNFO.com beynəlxalq elektron jurnalın maliyyə dəstəyi ilə nəşr edilən kitabda Dağlıq Qarabağın tarixi, işğal olunan rayonların tarixi, erməni terrorizmi, diaspor siyasəti, regional əməkdaşlıq, Xocalı soyqırımı, 31 mart soyqrımı, deportasiya, əsasız erməni iddiaları, erməni terror təşkilatları, böyük dövlətlərin siyasəti, geosiyasət və digər məsələlər öz əksini tapıb. Tarixən Rusiya dövlətinin ermənilərə olan himayədarlıq mövqeyi və bunun nəticəsində onların azərbaycanlılara qarşı mübarizə aparmalarına və hətta azərbaycanlıların öz doğma yerlərindən çıxarılması məsələri də kitabda tədqiq edilib.

Müəllif çalışıb ki, qeyd edilən məsələləri oxucuya açıqlasın və indiki Ermənistan ərazisində yaşamış Azərbaycan turklərinin iki əsrlik faciəsini və Dağlıq Qarabağda və digər rayonlarda azərbaycanlıların başına gətirilən faciələri dünya ictimaiyyətininə çatdırsın.

Kitabda Ermənistan Azərbaycan torpaqlarının işğal etməsinin beynəlxalq hüquqi analizi yer alır, siyasi və tarixi yanaşma göstərilir. eyni zamanda tarixi sənədlər əsasında Ermənistanın diasporun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə qızışdırması, “böyük Ermənistan” əfsanəsinin yaradılması, Qərb və Rusiyanın təsiri, İran, Türkiyə, Fransa kimi dövlətlərin problemlə yanaşması araşdırılır. Həmçinin erməni əsiriliyində olan azərbaycanlılara münasibət, ermənilər,onların məkrli planları, digər terrorçu təşkilatlarla əməkdaşlığı kimi məsələlərə ətraflı toxunulur. Azərbaycan diasporunun fəaliyyəti, lobbiçilik və türk diasporları arasında əməkdaşlıqda kitabda araşdırlan istiqamətlərdəndir.

Vüsal Qarayev







8 Dekabr, 2014  15:46 Baxılıb: 755 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner