Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Pakistan Müsəlman Liqası rəhbəri ilə - FOTO

Qənirə Paşayeva  Pakistan Müsəlman Liqası (Qaidi Azam) Parlament fraksiyasının rəhbəri Chaudhry Parvez Elahi ilə Ermənistanın etnik təmizləmə siyasətindən danışıb.

Simsar.az xəbər verir ki, Pakistanın Lahor şəhərində Asiya Parlament Assambleyasının 7-ci Plenar Sessiyasında iştirak edən millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva  Pakistan Müsəlman Liqası (Qaidi Azam) Parlament fraksiyasının rəhbəri Chaudhry Parvez Elahi ilə görüşüb. Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost Pakistanla münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının hər zaman Pakistana böyük sevgi bəslədiyini deyib. “Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”. Millət vəkili ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Pakistan Müsəlman Liqası(Qaidi Azam) Parlament fraksiyasının rəhbəri Chaudhry Parvez Elahi Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları  snayperlərlə hədəfə alması, Ermənistanın dünyadakı erməni diaspor və lobbisi ilə Azərbaycan əleyhinə apardıqları siyasət və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də komitə sədrinə geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva   Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatları, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə  və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman  qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var. Dost Azərbaycanı hər zaman yüksək qiymətləndirdiklərini deyən Pakistan Müsəlman Liqası(Qaidi Azam) Parlament fraksiyasının rəhbəri Chaudhry Parvez Elahi münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib və yaxın zamanlarda mütləq Azərbaycana səfər etmək  niyyətində olduğunu deyib.  Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən  Pakistan Müsəlman Liqası(Qaidi Azam) Parlament fraksiyasının rəhbəri Chaudhry Parvez Elahi bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib.  Sizi Azərbaycanda görməkdən məmnun olacağıq deyən millət vəkili Qənirə Paşayeva Pakistan Müsəlman Liqası(Qaidi Azam) Parlament fraksiyasının rəhbəri Chaudhry Parvez Elahiyə müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da Pakistan Müsəlman Liqası(Qaidi Azam) Parlament fraksiyasının rəhbəri Chaudhry Parvez Elahiyə hədiyyə olunub.  Millət vəkili Qənirə Paşayeva Pakistan Müsəlman Liqası(Qaidi Azam) Parlament fraksiyasının rəhbəri Chaudhry Parvez Elahi ilə Pakistan, Pakistan-Azərbaycan münasibətləri ilə bağlı yazdığı kitabla da bağlı  geniş  fikir mübadiləsi aparıb. Azərbaycan-Pakistan müasibətlərinin tarixi, bu günü ilə bərabər Pakistan, onun müxtəlf bölgələri ilə də bağlı maraqlı yazıların da yer alacağı kitabla bağla son tamamlama işlərinin getdiyini deyən millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda gənc nəsillərin qardaş Pakistanı daha yaxından tanımasına dəstək olacaq kitabın Pakistan Milli Günündə Pakistan xalqına kiçik bir hədiyyə olaraq təqdim olunacağını deyib. Pakistan Müsəlman Liqası(Qaidi Azam) Parlament fraksiyasının rəhbəri Chaudhry Parvez Elahi  belə bir önəmli  addıma  görə təşəkkürünü bildirərək Pakistanı Azərbaycanda, Azərbaycanı da Pakistanda daha da geniş tanıdan layihələrin böyük önəmi daşıdığını deyib.







8 Dekabr, 2014  15:16 Baxılıb: 967 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner