Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əmək qanunvericiliyi pozuldu - 1953 fakt

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulması faktları ilə bağlı müvafiq tədbirlər görüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, bu ilin noyabr ayı ərzində adı çəkilən qurum yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1953 fakt aşkar olunub.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi işçi vətəndaşların əmək hüquqlarının təminatına, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.

Aparılan təhlillər zamanı bu hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında yol verildiyi müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, həmin hüquq pozuntuları ilə əlaqədar aidiyyatı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,1 faizi (128 969 manat) dövlət büdcəsinə ödənilib. Qeyd olunan göstərici 2013-cü ilin noyabr ayına dair müvafiq göstərici ilə müqayisədə 26,9 dəfə çoxdur.

 

 






8 Dekabr, 2014  15:02 Baxılıb: 633 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner