Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Prezident seçkilərlə bağlı ciddi tapşırıq verib: “MƏMUR ÖZBAŞINALIĞI OLMASIN”

“Ölkə başçısı seçki prosesinin mütəşəkkil, demokratik, azad və şəffaf şəraitdə keçirilməsi, heç bir qanun pozuntusuna və saxtakarlığa yoy verilməməsi ilə bağlı ciddi tapşırıq verib”.

Simsar.az xəbır verir ki, bunu “Seçki prosesinde yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda keçirilən sessiyada Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov deyib.

O deyib ki, son 10 ildə ölkə başçısının rəhbərliyi altında iqtisadi sahədə böyük naliyyətlər əldə edilib. İslahatlar nəticəsində ölkənin iqtisadi inkişafı təmin edilib. Əlverişli investisiya mühiti yaradılıb: “Ölkədən demokratiyanın inkişafı, insan hüquqlarının qorunması,  azad cəmiyyətin formalaşdırılması istiqamətində islahatlar davam etdirilir. Ötən dovr ərzində demokratiyanın əsas elementi olan, vətəndaş cəmiyyətinin və dövlətin inkişafının əsası olan seçkilər keçirilib. Son 10 ildə seçki qanunvericiliyi təkmilləşdirilib, Seçki Məcəlləsi qəbul olunub. Üç prezident, iki parlament, iki bələdiyyə seçkisi və referendum keçirilib. Bunla da seçki sahəsində böyük təcrübə qazanılıb".

PA rəsmisinin sözlərinə görə, yerli və beynəlxalq müşahidəçilər seçkilərin yüksək standarlara cavab verdiyini etiraf ediblər. Bunu demokratiya yolunda qazanılan uğurlu naliyyət kimi qiymətləndiriblər:

“Ölkə başçısı seçki prosesinn mütəşəkkil, demokratik, azad və şəffaf şəraitdə keçirilməsi, heç bir qanun pozuntusuna və saxtakarlığa yol verilməməsi ilə bağlı ciddi tapşırıq verib. Prezident ötən seçkilərdə bildirmişdi ki, hansısa məmur özbaşnalığına görə seçkilərin ümumi nəticəsinə zərbə dəyməsini istəmirəm. Bu seçkilərin də qanunvericiliyə uyğun keçirilməsi üçün müntəzəm tədbirlər planı hazırlanıb. Yerli icra orqanlarına seçkilərin şəffaf keçirilməsi ilə bağlı göstəriş verilib”.

 

Hüseyn İbadlı







8 Dekabr, 2014  14:14 Baxılıb: 637 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner