Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Avropaya etimad azalır” AÇIQLAMA

“Avropada yerli özünüidarəetmə orqanlarına etimad azalır".

Simsar.az xəbər verir ki, bunu bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda keçirilən informasiya sessiyasında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç deyib.

O bildirib ki, hazırda Avropada yerli özünüidarəetmə orqanlarına etimad 50 faiz təşkil edir: “Ona görə də Avropa Şurası yerli və regional idarəetmə orqanları ilə əlaqələri gücləndirməyə çalışır: "Avropa Şurası seçki qanunvericiliyi ilə bağlı Venesiya Komissiyasının tövsiyələrinə diqqətlə yanaşır. Venesiya Komissiyası standartları müəyyən edir və tövsiyələr verir. Venesiya Komissiyası 2008-ci ildə Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair tövsiyə verib. Seçki sahəsində Azərbaycanda çox böyük irəliləyiş əldə olunub, ancaq hər zaman bu sahədə təkmilləşdirmə işləri aparılmalıdır”.

D. Filipoviçin sözlərinə görə, seçki mübahisələri hər bir ölkədə baş verir. “Önəmli olan odur ki, seçki bir günlük məsələ deyil, böyük prosesdir. Bütün bu mərhələlərdə şəffaflıq təmin olunmalı, namizədlərin mediaya çıxışına şərait yaradılmalıdır. İnsan Hüquqları Protokolunda göstərilir ki, seçki komissiyaları  bitərəf, obyektiv olmalıdır, hər hansı dövlət orqanlarının, siyasi partiyaların göstərişi ilə fəaliyyət göstərməməlidir. Seçki komissiyaları tam neytral olmalıdır”.

 

Hüseeyn İbadlı







8 Dekabr, 2014  13:28 Baxılıb: 601 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner