Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tədris proqramı, yoxsa maneə - ZİDDİYƏTLİ FİKİRLƏR

1992-ci ildə test sisteminin tətbiqi mürəkkəb bir zamana təsadüf etmişdi. Bu həm də yeni bir sistem idi. Əsas məsələlərdən də biri o idi ki, bu işi aparacaq nə təcrübə, nə kadr təminatı, nə də başqa texniki imkanlar mövcud idi. Zaman keçdikcə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi müsbət mənada özünü doğrultdu. Lakin, bu  gün bir çox, xüsusilə də özəl təhsil müəssiələrində tədris proqramının məhz qəbul imtahanlarının test sisteminə uyğun aparılması istiqamətində keçirilməsi bəzi narahatlıqlar da yaratdı.

Övladları özəl orta məktəblərdə təhsil alan bəzi valideynlərlə söhbətimiz zamanı məlum oldu ki, onları da özəl məktəblərin tədris proqramı qane etmir. Uşaqları “Dünya” özəl məktəbində təhsil alan Zəminə xanım deyir ki, səhər saat 9:00-dan 16:00-a qədər onlar məktəbdə həm dərslərdə iştirak edir, həm də sabahın dərslərinə hazırlaşırlar: “Lakin  məktəbin məni qane etməyən üsulu uşaqlara ancaq sırf ixtisasları üzrə təhsil vermələridir. Uşaqlarım II qrupa hazırlaşır. Onlardan dərsləri haqda hər-hansı mövzunu soruşanda mənə deyirlər ki, “sual ver cavab verim”. Yəni bir növ test sisteminə oxşar qaydada. Mövzu haqqında isə  əraflı məlumat verə bilmirlər. Bununla onlar normal danışıq qaydasından uzaqlaşırlar. Müəllimlərinə irad tutanda isə deyir ki, bizim tədris üsulumuz bu cür qurulub. Xoşlamırsınızsa uşaqlarıınızı məktəbdən çıxarın. Bu biabırçılıqdır. Mən onların gələcəkdə normal qaydada ədəbi dildə danışmaqlarından narahatam”.

Bəs niyə övladlarınızın dövlət məktəblərində təhsil almasına mane olmusuz sualına isə müsahibimin cavabı belə oldu:

“Dövlət məktəblərində də demək olar ki vəziyyət eynidir. Artıq uşaqlarım məktəbi bu il bitirirlər. Dövlət məktəblərində təhsil alsalar onda da onları repitor yanına göndərməyə məcbur olacaqdım. Çünki məktəblərdə ali məktəbə girəcək səviyyədə tədris vermirlər”.

Digər müsahibim Şərqiyyə xanım isə bu il 11-ci sinifdə oxuyan qızının iki ildir ki repitior yanında ali məktəbə hazırlaşdığını deyir:

“Buna məcburam. Çünki övladımın ali məktəbə qəbul olmasını istəyirəm. Təkcə məktəbə getməklə qızım universitetə qəbul ola bilməz. Məktəbdə lazımi dərs keçilmir. Bir 45 dəqiqə ərzində universitetə hazırlaşan şagird dərsi necə qavraya bilər. Mən sovet dövründə təhsil almışam universitetə isə müəllim yanına getmədən evdə hazırlaşmaqla daxil olmuşam. Çünki o dövrdə təhsil sistemi belə deyildi. Müəllimlər uşaqlara qarşı çox tələbkar idi. Biz dərs zamanı qorxumuzdan səsimizi belə çıxartmırdıq ki, dərsə mane olarıq. İndi isə dərsə gələn uşaqlar ancaq saatı tamam olmasını gözləyirlər ki, tez tənəffüs olsun”.

Məsələ ilə bağlı mütəxəssislərin fikrini də öyrənməyə çalışdıq.

Təhsil eksperti Etibar Əliyev bu gün Azərbaycanda özəl və dövlət orta məktəblərin vahid kurikulum və tədris proqramlarının  olmadığını deyir.

“Özəl məktəblər tamamilə fərqli tədris proqramları ətrafında  prosesi qururlar. Dövlət orta məktəbləri isə Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlar əsasında tədris aparır. Lakin, məktəblər  kurikulum sisteminə keçməyə tamamilə hazır deyildi”.

Ekspert klassik və konservativ tədrisi kurikulum vasitəsilə həyata keçirilən dərslərdən üstün hesab etdiyini də bildirdi: “Sovet dövründəki vahid proqramlar əsasında aparılan təhsil sistemi hazırkı tədris üsulundan üstündür. Çünki, dərslərin kollektiv sual-cavab şəklində keçilməsi uşaqların danışıq keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Testə salınmış suallara uyğun dərsi əzbərləmək yolu ilə tədrisin təşkil olunması gələcəkdə savadlı kadr, mütəxəssis azlığına səbəb olacaq.

Mütəxəssisin sözlərinə görə, dərsliklərə mövzular test sisteminə uyğun salınır. Müəllim mövzuları tədris edərkən test sualları şəklində yox mövzunun uşaqlar tərəfindən necə mənimsənilmməsini yoxlamalı və bunun əsasında qiymətləndirilmə aparılmalıdır”.

Sabiq təhsil naziri Firudin Cəlilov isə bildirdi ki, qəbul imtahanlarında salınan suallar tədris proqramına uyğun olmalıdır. Bunu koordinasiya edən qurum isə Təhsil  Nazirliyidir.

Onun sözlərinə görə, təhsildəki problemlərin həlli üçün ilk növbədə təhsilə olan münasibət dəyişməlidir: “Biz yer kürəsində yeganə xalqıq ki, pulumuzu uşağımızı savadsız etmək üçün veririk. Bu mənada bizdə sovetlərdən qalma çoxlu qüsurlar var. Bu hökumət də analoqu olmayan sistem yaradıb. Müəllimə verilən pul təhsilə olan münasibətin birinci göstəricisidir”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri, test sisteminin Azərbaycanda ilk tətbiqi ilə məşğul olan  Vurğun Əyyub açıqlamasında bildirdi ki, özəl məktəblərindən fərqli olaraq dövlət məktəblərində daha böyük baibırçılıqlar baş verir: “Ali məktəbə hazırlaşan uşaq repitotor yanına getdiyindən  məktəbə gəlmir. Özəl məktəblərdə tədris proqramı ixtisaslaşma üzrə aparılırsa məktəbdə də repitorlar bunu edir. Mən illərdir deyirəm ki, orta məktəblər öz funksiyalarını yerinə yetirmir. Çünki, müəllimlər ixtisas qrupuna uyğun abituriyent hazırlayırlar. Bu isə orta məktəb müəlimi proqramını mənimsənilməsinə, şagirdin şəxsiyyət kimi formalaşmasına, məzun olaraq hazırlaşmasına mane olur. Hazırkı təhsil sitemiminin ən böyük bəlası sovet təhsil sistemindən xilas olmamasıdır. Hazırda aparılan təhsil sistemi isə SSRİ təhsilinin eybəcər formasıdır”.

V. Əyyub məktəblərdə tədris siteminin keyfiyyətinin aşağı olmasının qəbul imtahanlarının test üslubunda keçirilməsi ilə heç bir əlaqəsinin olmadığını da bildirdi:

“İnsanlar isə o qənaətdədirlər ki, tələbə qəbulunun test üsulu ilə aparılması uşaqlara yaxşı bilik vermir. Anlamaq lazımdır ki, qəbul imtahanı şagirdə bilik vermək vasitəsi deyil, o qazanılan biliyin dəyərləndirilməsi ölçmə vasitəsidir. Orta məktəb şagirdə bilik vermirsə bu qəbulun test sistemilə aparılmasının günahı deyil. Bu o deməkdir ki ölkədə təhsil sistemi düzgün qurulmayıb”.

Faktlar sübut edir ki, ali məktəbə qəbul olunan savadlı tələbələrin çoxu özəl məktəbləri bitirənlər və repitetor yanına gedənlərdir. Dövlət nəzdində olan orta məktəblərin böyük qismi öz funksiyasını həyata keçirə bilmir. Dövlətin orta məktəblərində sinfində 30 şagird varsa onun 15-i dərsə gəlmək əzvəzinə repitior yanında ixtisaslaşır. Direktorla, müəllimlə qarşılıqlı razılaşma əsasında dərsə gəlmir ixtisası üzrə imtahana hazırlaşır. Deyilən problemlərin kökünü burda axtarmaq lazımdır şagird məktəbə gəlməli tədris proqramında nəzərdə tutulan fənləri öyrənməlidir.

TQDK-nın ilk sədrinin sözlərinə görə, orta məktəblərdə lazımi təhsilin verilməsi üçün konkret tələblər qoyulmalıdır. Orta məktəb müəllimlərinin böyük qismi qoyulan tələblərə cavab verə bilmirlər. Onlar ümüumilikdə müəllimlik peşəsindən uzaqlaşdırılmalıdır. Orta məktəb buraxılış imtahanlarına tələbləri gücləndirmək lazımdır.

 

Aysel Kərimova

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






8 Dekabr, 2014  13:22 Baxılıb: 1273 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner