Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ANAMA Türkiyənin sərhəd bölgələrini minalardan təmizləyə bilər

Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhəddə 225 minalı ərazinin təmizlənməsi üçün tender elan edilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tenderə sənədlərin qəbulu bu gün yekunlaşır.

BMT İnkişaf Proqramının dəstəyi ilə gerçəkləşəcək, ümumi dəyəri 80 milyon dollar təşkil edən layihədə Türkiyənin yerli firmaları nə müstəqil, nə də konsorsium şəklində qatılacaq. Türkiyə firmaları tenderə qatılmaq üçün BMT İP tərəfindən təşkil olunan qiymətləndirmə ballarını toplaya bilməyiblər.

Layihəyə nəzarəti Türkiyənin Daxili İşlər Nazirliyi həyata keçirəcək.

Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhədində layihə üzrə milyon kvadratmetr ərazinin (225 minalı sahə) təmizlənməsi nəzərdə tutulur. Minatəmizləmə işləri Ərdahan, Qars, İğdır, Ağrı və Van vilayətlərində həyata keçiriləcək.

Minatəmizləmə əməliyyatlarında iştirakla bağlı tenderə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) də dəvət olunub. ANAMA tenderdə İngiltərə, ABŞ və Bosniya və Herseqovina şirkətləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, bundan əvvəl ANAMA Türkiyə-Suriya sərhədində Karkamış antik şəhərinin ərazisində, Diyarbəkirdə Hərbi Hava Qüvvələrinə məxsus poliqonun və Konyada ROKETSAN şirkətinə aid atış sahəsinin təmizlənməsi layihəsində iştirak edib.

ANAMA həmçinin Türkiyənin MKE təşkilatının və bir özəl şirkətinin nümayəndələrinə mina/PHS təmizlənməsi mövzusunda təlimlər keçib.






8 Dekabr, 2014  12:49 Baxılıb: 608 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner