Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“İcra sturkurları ölkə rəhbərliyinin iradəsini nümayiş etdirəcək” - Məzahir Pənahov - FOTO

Bakıda Azərbaycan Prezidentinin Administrasiyasi, Mərkəzi Seçki Komissiyasi (MSK) və Avropa Şurasının Azərbaycandakı Ofisinin birgə layihəsi olan “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda informasiya sessiyası keçirilir.

Simsar.az xəbər verir ki, sessiyada çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, dünyanın gələcəyi insan hüquqlarının qorunmasından keçir. Demokratik dövlətin qrulması üçün isə xalqın iradəsi əsas önəm kəsb edir: “Elə etməliyik ki, Azərbaycanı dünyada yaxşı dövlət kimi tanısınlar. Azərbaycanın bu sınaqdan da üzü az çıxması üçün çalışmalıyıq. Seçki elə bir prosesdir ki, baş verən istənilən kiçik qanun pozuntusunu dünyanın hər nöktəsində həssaslıqla izlənir.

MSK sədri deyib ki, bütün dövlətlərdə olduğu kimi Azərbaycanda da seçkilərin keçirilməsi və vətəndaşların seçib-seçilməsi konstitusion hüquqlarıdır: “Bütün ölkələr, o cümlədən bu və ya digər formada dünyanın taleyi üçün məsuliyyət daşıyan beynəlxalq təşkilatların üzvüdür. Ölkədə seçkilər prosesində beynəlxalq təşkilatlarla da əməkdaşlıq çərçivəsində yaxından iştirak edirik. Azərbaycandakı ictimai-siyasi şərait bu əməkdaşlığa böyük töhfə verir. Ölkədə bələdiyyə seçkilərində iştirakla bağlı xüsusi fəallıq hiss olunur. Bu il hər bələdiyyə üzrə 2,5 nəfər namizəd var. Seçkilərə ümumi bir baxış forması mövcuddur. Bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də 200-300 nəfər seçici ərizə ilə müraciət edərək, seçkidə iştirakdan imtina etdiyini bildirir”.

M. Pənahovun sözlərinə görə, istənilər vətəndaşa seçkilərdə yaxşı iştirak etmək üçün Konstitusiyada nəzərdə tutulmuş qaydada şərait yaradılmalıdır: “Namizədlərlə bağlı hələlik elə də ciddi narazılıqlar qeydə alınmayıb. MSK-nın bütün iclasları açıq şəkildə keçirilir və mətbuat vasitəsilə cəmiyyətə məlumat verilir”.

Hüseyn İbadlı







8 Dekabr, 2014  12:40 Baxılıb: 736 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner