Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəbin ərazisi zəbt olundu - Bakıda

Bakının Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbə məxsus 90 kvadratmetr torpaq sahəsi qanunsuz zəbt olunub və ərazi hasarlanıb.

Təhsil Nazirliyindən Simsar.az-a verilən məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilmiş operativ araşdırma zamanı məlum olub ki, qanunsuz tikinti işləri “Paradise” klubun işçiləri tərəfindən aparılıb.Faktla bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edilib. Əraziyə baxış keçirildikdən sonra qanunsuz tikinti sökülüb.

Qeyd edək ki, Prezident İlham Əliyev 11 avqust 2014-cü il tarixində Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətilə tanış olub. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əsaslı şəkildə yenidən qurulmuş 1380 şagird yerlik məktəbdə təmir işləri yüksək standartlara uyğun həyata keçirilib.

Təhsil müəssisəsinin bir hektarlıq həyətyanı sahəsində də müvafiq abadlıq və quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.Təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konstitusiya hüquqlarının pozulmasına səbəb olur.

Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.






8 Dekabr, 2014  12:13 Baxılıb: 607 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner