Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bələdiyyələrdə şəffaflığa təsir göstərən amillər

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi yeni layihənin icrasına başlayır

“QHT-lərə dövlət Dəstəyi Şurası da bələdiyyələrlə vətəndaş cəmiyyəti arasında münasibətlərin inkişafının şəffaflığın artırılmasını prioritet məsələlərdən biri hesab edir”

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Bələdiyyələrdə ictimai münasibətlərin inkişaf etdirilməsi, şəfffaflığın artırırlması üçün tədbirlər planının hazırlanması və reallaşdırıması” layihəsinin icrasına başlayır. 5 ay müddətində həyata keçirilməsi nəzərdə tutlan layihə Quba, Qusar, Dəvəçi və Xudat bələdiyyələrin əhatə edəcək. Layihənin işçi heyəti formalaşdırıldıqdan sonra layihə çərçivəsində görüləcək işlər müzakirə olununb. Layihənin birinci mərhələsində artıq pilot regionlarda görüləcək işlərin siyahısı və müddəti icra planına uyğun olaraq müəyyənləşdirilib. Layihənin icra planına uyğun olaraq, ilkin olaraq, aparılacaq sorğu anketinin hazırlanması ilə bağlı qərar qəbul edilib. Eləcə də layihənin daha səmərəli olması və layihənin effektliliyini artırmaq üçün layihə rəhbərinin regionlara səfəri və pilot bələdiyyələrdə ilkin müzakirələr aparılması məsələsi qərara alınıb.

Təşkilat və layihə rəhbəri olaraq, Rəfail Becanov layihənin əhəmiyyəti haqqında geniş məlumat verib. O, bildirib ki, layihə bir neçə baxımdan mühüm əhəmiyyət kəsb edir. Birincisi, ölkədə rəsmi səviyyədə korrupsiya ilə mübarizə aparıldığı bir dövrdə bələdiyyələrin ictimaiyyətlə əlaqələrinin qurulması çox önəmlidir. Bu həm də şəffaflığın artırılmasında çox ciddi rol oynaya bilər.

İkincisi, QHT-lərə Dövlət Dəstəyi Şurası da bələdiyyələrlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin inkişafını səffaflığın əsas prioritetlərindən biri hesab edir. Bələdiyyələrdə hələ də ictimai münasibətlərin inkişafını yetərli saymaq olmaz. Əslində isə bələdiyyələr özləri vətəndaş cəmiyyətinin, eləcə də yerli əhalinin onlarla əlaqələr qurmasında maraqlı olmalıdırlar. Çünki bu münasibətlər bələdiyyələrin fəaliyyətində ictimai nəzarət rolunu oynamaqla yanaşı, həm də bələdiyyələrdə şəffaflığın artırılmasında, büdcə xərclərinin səmərəliliyinində və büdcə vəsaitlərinin daha vacib sosial sahələrin inkişafına cəlb olunmasına yardım edə bilər.

Buna görə də biz layihə çərçivəsində bu məqsədlərimizə nail olmalıyıq. Eləcə də çalışmaliyiq ki, təcrübə digər bələdiyyələrdə də yayılsın”.

Təşkilat bələdiyyələrdə ictimai münasibətlərin inkişafı ilə bağlı Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinə müraciət edib.

RAMIL






21 Aprel, 2011  21:35 Baxılıb: 1366 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner