Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Natiq Şirinovdan növbəti “Eşq karvanı” - VİDEOLAR

Əməkdar artist Natiq Şirinov Z. Tağıyev adına Toxuculuq Fabrikinin Mədəniyyət Sarayında şəhidlərin ruhuna ithaf olunmuş “Eşq karvanı” adlı konser verib.

Simsar.az xəbər verir ki, Kərbəla şəhidlərinə, o cümlədən, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərə ithaf edilən, ilahi eşqdən bəhs edən və dini mövzulu musiqi nömrələrini özündə birləşdirən “Eşq karvanı”, konsertə gələnləri də bu karvana qoşaraq başqa bir aləmə aparıb.

Haqq-ədalət uğrunda canından keçən 72 şühədanın, atasını, qardaşını və oğlunu haqq yolunda mübarizəyə yola salanların – İmam Hüseynin, Həzrəti Abbasın, Zeynəbin, Səkinənin, həmçinin susuzdan dili-dodağı qurumuşların yanına apardı. Sonra da vətən uğrunda qanları axıdılanların şəhidlərin yanına. O yerə ki, orda torpaqlarını düşməndən qoruyanlar şəhid edilir, haqq, ədalət uğrunda dinc insanların qanı axıdılır.

«Əhli-beyt», «Bakı» qruplarının “Natiq” Ritm Qrupunun müşayiəti ilə İmam Hüseyn, Həzrəti Abbas, Əli Əkbər, Zeynəb haqqında oxuduqları ilhai mahnılar, balaca cənnət mələyinin Kərbəla şəhidlərinə həsr olunmuş şeirləri tamaşaçıları “Eşq karvanı” ilə başqa dünyalara aparıb.

Bununla da İmam Hüseyn sevdalı “Natiq” Ritm Qrupunun düzlüyü, haqq və ədaləti təbliğ edən “Eşq karvanı” öz musiqiləri ilə 4-cü dəfə tamaşaçıların yaddaşına həkk oldu.

Hüseyn İbadlı

 






8 Dekabr, 2014  10:11 Baxılıb: 706 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner