Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Avropa əl-ayağa düşüb – Rusiyaya görə Türkiyəyə təzyiqlər başladı

Avropa Birliyinin xarici siyasət rəhbəri Federika Mogherini, qonşuluq və genişlənmə üzrə yeni komissarı Johannes Hahn və humanitar yardımlar üzrə komissarı Hristos Stylianidesin bu gün başlayacaq Türkiyə səfərində müzakirə ediləcək əsas “gizli” mövzu Rusiya olacaq.

Simsar.az xəbər verir ki, bu AB-nin uzun zamandır Türkiyəyə etdiyi ən yüksək vəzifəli səfəridir. Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davodoğlu ilə görüşəcək heyyət, Suriya sərhəddinəki bir qaçqın düşərgəsini də ziyarət edəcək.

Səfər zamanı AB-nin mövcud qaçqın böhranı üçün bir yardım paketi açıqlayacağı gözlənilir.

Səfər çərçivəsində AB-nin Türkiyədən “İŞİD”ə qarşı mübarizəyə verdiyi dəstəyi artırmasını da istəyəcəyi gözlənilir.

Mediaya xəbər sızdıran adı bilinməyən Avropa Birliyinin yüksək vəzifəli bir nümayəndəsi, səfərin “gizli”  gündəminin Rusiya-Türkiyə yaxınlaşması olacağnı deyib. O bildirib ki, Türkiyədən Avropa Birliyinin yürütdüyü siyasətə sadiq qalmaq istənəcək və Avropa Birliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulması, ən azından Rusiyanın mövcud iqtisadi böhrandan çıxmasına yardım etməməsi üçün Türkiyəyə təziq göstərməyə çalışacaq.

Vüsal Qarayev







8 Dekabr, 2014  09:00 Baxılıb: 855 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner