Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ankara Afina ilə yaxınlaşır

Ankara Afina ilə münasibətlərdə yeni mərhələyə başlamaq əzmindədir.

Simsar.az-ın məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu Yunanıstanın baş naziri Antonios Samarasla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Davudoğlu qeyd edib ki, Türkiyə və Yunanıstan arasında artıq heç bir psixoloji maneə yoxdur. O, vurğulayıb ki, hər iki dövlət münasibətlərində yeni mərhələyə başlamağa hazırdır.

"Dövlətlərimiz arasında bir çox layihələr həyata keçirilir, məsələn biz Çanaqqala körpüsünü tikirik. Türkiyə həmçinin Yunanıstanın Asiyaya qapısıdır, Yunanıstan isə bizim Avropaya qapımızdır. Biz energetika sahəsində də əməkdaşlıq edirik. TANAP layihəsinin TAP layihəsi ilə birləşməsi bizi çox sevindirdi. Bizim enerji dəhlizlərimiz birləşir", - Davudoğlu qeyd edib.

Onun sözlərinə görə, müvafiq nazirliklərə enerji dəhlizinin yaradılması məsələsi üzrə birgə iş haqqında tapşırıqlar verilib.

Kipr məsələsinə toxunaraq, Türkiyənin baş naziri qeyd edib ki, danışıqların tezliklə başlayacağına ümid edir.






6 Dekabr, 2014  21:15 Baxılıb: 812 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner