Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Biz azəriyik, yoxsa türk? – AÇIQLAMA

“Türkiyəlilər bizə azəri də azərbaycanlı da deyirlər. Burda söhbət azərbaycanlı sözünün qısaldılıb azəri formasında deyilməsindən gedir. Onların bu cür xitab etməsi artıq ənənə halını alıb”.

Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, bu cür qısaltma ümumi qaydadır. 60-cı illərdə də dərsliklərimizdə  Azərbaycan dili əvəzinə azəri dili yazılırdı.

O bildirib ki, vaxtı ilə fars mənşəli azəri tayfası da olub: “O zaman bəzi tədqqiqatçılar millət olaraq kökümüzü türklərə yox, iranmənşəli etnoslara bağlayırdılar. Azəri sözü də bundan sonra ortaya çıxıb. Bu bir ideologiyadır. Lakin, bir sıra etirazlar olduqdan sonra yenidən azərbaycanlı termininə qayıtdılar. Artıq müəyyənləşmiş qaydaya görə azərbaycanlı demək daha düzgündür”.

N. Cəfərovun fikrincə, şəxsə qan mənşəyinə görə azəri deyilməsi düzgün deyil”.

Qeyd edək ki, Türkiyənin “TV8” telekanalında yayımlanan  “O səs Türkiyə” yarışmasında Azərbaycandan qatılan iki qardaş Ceyhun və Variz duet şəklində çıxış edib.  Proqramın aparıcılığını edən, Acun İlicalı və Ceyhun və Variz  qardaşlarını azərbaycanlı yox azəri olaraq təqdim edib. Münsiflər heyətində olan türkiyəlilərdən biri buna etiraz etsə də qardaşlar özlərini azəri kimi təqdim ediblər. Bu da Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.

 

Aysel Kərimova

 







6 Dekabr, 2014  14:35 Baxılıb: 1232 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner