Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İqtidardan Xədicə İsmayılın həbsi ilə bağlı AÇIQLAMA

"Jurnalist Xədicə İsmayılova konkret cinayət əməlinə görə həbs edilib. Hazırda istintaq gedir və beynəlxalq təşkilatların, xarici dövlətlərin istintaqa təzyiq etməyə ixtiyarı yoxdur". Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, istintaqın hər hansı təzyiqlə, hər hansı təpki ilə başqa istiqamətə yönləndirilməsi absurddur: "Heç kəs deyə bilməz ki, Xədicə İsmayılova hansı əməli törədib. Hər hansı beynəlxalq təşkilat, yaxud hər hansı siyasi partiya, jurnalist təşkilatı məgər istintaq, təhqiqat orqanıdırmı? Bunların heç biri müəyyən edə bilməz ki, kim hansı əməli törədib və bu əməlin ictimai təhlükəlilik dərəcəsi nədən ibarətdir? O baxımdan da istintaq araşdırar, əgər kiminsə nəyəsə şikayəti varsa, məhkəməyə müraciət edə bilər".

YAP rəsmisi bildirib ki, hüquq-mühafizə orqanları istintaq dövründə bu məqamları aydınlaşdırıb cəmiyyəti bu barədə məlumatlandıracaq.






6 Dekabr, 2014  13:48 Baxılıb: 708 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner