Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabah elə yağış yağacaq ki... – Hava Haqqında

Dekabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi 9-14 m/s, səhər və gündüz 18-23 m/s olacaq, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Simsar.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyinin 5-10 m/s olacağı, arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 10° şaxta, gündüz 5-10° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyinin 5-10 m/s, arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 5-10° şaxta, bəzi yerlərdə 15° şaxta, gündüz 2-6° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyinin 5-10 m/s, arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti təşikl edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Qərb küləyinin 5-10 m/s, arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı olacağı gözlənilir. Qərb küləyinin 5-10 m/s, arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyinin 5-10 m/s, arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 3-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.

 

 






6 Dekabr, 2014  13:37 Baxılıb: 782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner