Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

""Qarabağ Uğrunda" Jurnalist Hərəkatı QAT-a rəqib olmayacaq" - AÇIQLAMA

“Qarabağ həqiqətlərinin xarici mediaya çıxarmaq, region ölkələrinin iştirakı ilə bu istiqamətdə fəaliyyət göstərmək üçün "Qarabağ Uğrunda" Jurnalist Hərəkatı yaradılır”. Bunu Modern.az-a açıqlamasında yeni yaradılan qurumun təsisçilərindən olan  Niyaz Niftiyev deyib.

Onun sözlərinə görə,  "Qarabağ Uğrunda" Jurnalist Hərəkatının fəaliyyət istiqamətləri daha çox xarici media ilə işləməkdir: “Xarici mətbuat dedikdə, xüsusilə Türkiyə mediası ilə işləməyi nəzərdə tuturuq. Türkiyə həm də bizə ən yaxın ölkədir. Son dövrlər Türkiyənin mətbuat orqanlarında Dağlıq Qarabağla bağlı verilən informasiyalar, yazılar bu ölkənin jurnalistlərinin də bu problemdən elə də çox ciddi xəbərləri olmadığını göstərir. Ona görə də bu  istiqamətdə fəaliyyət göstərəcəyik”.

Niyaz Niftiyev deyib ki, yeni hərəkat Qarabağ Azadlıq Təşkilatına alternativ olmayacaq: “ Dünəndən bəri bəzi mətbuat səhifələrində "Qarabağ Uğrunda" Jurnalist Hərəkatını Qarabağ Azadlıq Təşkilatına alternativ qurum kimi göstərirlər. Əslində belə deyil. Çünki biz onu jurnalist hərəkatı kimi formalaşdırmağa çalışacağıq. QAH-da idarə heyəti formalaşacaq. Təbii ki, Azərbaycan mətbuatının bütün çevrələrindən olan tanınmış jurnalistlərimiz burda təmsil olunacaq”.






6 Dekabr, 2014  13:32 Baxılıb: 719 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner