Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Lənkəranski “Zayka”nın qisasını aldı - Lotu Qulinin adamları döyüldü

Xəbər verildiyi kimi,  Moskvada yerləşən “Matrosskaya Tişina” cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib.

Azərbaycanda həbsdə olan məşhur qanuni oğru Lotu Quli ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir qanuni oğruya - Zaykaya inanılmaz işgəncələr veriblər.

Axar.az-ın yaydığı xəbərə görə, işgəncələrdən sonra görüntüyə alınan Zayka Lotu Quli haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətdiyinə görə üzr istəyib.

Publika.az “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, Zaur Əliyevin saxlanıldığı kameraya Lotu Qulinin 30 tərəfdarı daxil olub. Kriminal aləmdə “Killer Nazim” kimi tanınan Nazim Hümbətov  Zaur Əliyevi qandallayıb. Bundan sonra o vəhşicəsinə döyülərək üzr istəməyə məcbur edilib.

Ancaq Lotu Quli tərəfdarlarının qanuni oğrunu döyməsi cəzasız qalmayıb. Ertəsi gün həbsxanaya nəzarət edən  “vor zakon” (“smotryaşiy”)  Nukri Doçiya (ləqəbi Nukri Qalskiy) tərəfdarları ilə birgə Zaur Əliyevə hücum edənlərdən 7 nəfərini döyüblər.

Həmçinin Nazim Hümbətov və Erdak  Lənkəranski də cəzalanıblar. Hazırda onların hamısı cəzaçəkmə müəssisəsinin xəstəxanasındadırlar.

Qeyd edək ki, oğru qanunlarına görə, Lotu Qulinin adamları “bespredellik” ediblər. Yəni özbaşınalıq. Zaur Əliyev  kiminsə haqqında söyüş söysə belə, qanuni oğruya əl qaldırmaq yasaqdır.

“Vor zakon” adı oğru toplantısında (“sxodka”) verilir. Əgər oğru nədəsə günahlandırılırsa, ona cəza da elə diğər oğrular tərəfindən “sxodka”da verilir.

Oğruya cəza verilməsinin qəbul edilmiş 3 qaydası var:

Kimisə təhqir edibsə ona şillə vurulur. Qanuni oğru bu şilləyə cavab qaytara bilməz. Çünki haqsızdı və “sxodka”  belə qərar verib. Düzdür, onun titulu əlindən alınmır. Ancaq mövqeləri kriminal aləmdə zəifləyir, hörməti azalır.

Qulaqlarından şillə vurulur- bu o deməkdir ki, “vor zakon” adından məhrum edilir.

Ölüm hökmü - bu o halda verilir ki, qanuni oğrunun hakimiyyət nümayəndələri ilə əməkdaşlığı üzə çıxır, yaxud "obşak”dan oğurluq edir və sair.






6 Dekabr, 2014  13:24 Baxılıb: 1021 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner