Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Neftin ucuzlaşması əmək haqqları və pensiyalara təsir edəcəkmi?

“Büdcənin xərcləri azaldılmalıdır” - Vüqar Bayramlı

Dünya bazarında neftin qiymətinin ucuzlaşması neft ixracatçısı olan Azərbaycana necə təsir göstərəcək? Büdcədə yarana biləcək kəsirlər hansı sahələrdən kompensasiya ediləcək? 2015-ci ildə Avropa Olimpiya Oyunlarının keçiriləcəyini də nəzərə alsaq ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşa, əmək haqqları və pensiyalarda azalma müşahidə edilə bilərmi? Bütün bu suallara aydınlıq gətirmək üçün iqtisadçı-ekspertin rəyini öyrəndik.

İqtisadçı Vüqar Bayramlı Simsar.az-a açıqlmasında neftin qiymətinin ucuzlaşmasının Azərbaycanın iqtisadi vəziyyətinə mənfi təsir edəcəyini desə də, yarana biləcək mümkün büdcə kəsirinin fərqli yollarla kompensasiya oluna biləcəyini də söyləyib.

O hesab edib ki, neftin dünya bazarında qymətinin ucuzlaşması, bu məhsulun satışından əldə olunan gəlirlərin birmənalı şəkildə azalmasına və büdcədə kəsirlərin yaranmasına gətirib çıxaracaq: “Azərbaycan neftinin dünya bazarında qiymətinin aşağı düşməsini ölkə büdcəsinin formalaşmasında mütləq hiss edəcək. Bu ucuzlaşma təbii ki, ölkəyə daxil olan valyutanın azalmasına gətirib çıxarır. Və nəzərə almalıyıq ki, dövlət büdcəsində neft hasilatçılarının ödənişləri cəmi 10 faiz, Dövlət Neft Fondundan transferləri isə 53,5 faizdir. Gəlirlərin 35 faizi isə qeyri-neft sektorunun payına düşür. Bu baxımdan büdcənin 11 faizi birbaşa neftin dünya bazarındakı qiymətindən asılı olan hissədir. Bu isə 2 milyard manat vəsait deməkdir. Yəni neftin dünya bazarında hazırkı şəkildə ucuzlaşması 2 milyard manat kəsir deməkdir”.

Məsələdən çıxış yolunu isə ekspert büdcə xərclərini azaltmaqda görür: “Birmənalı şəkildə 2015-ci ildə neftin qiyməti yüksəlməszə ölkə büdcəsinin formalaşmasında problemlər yaranacağı qaçılmazıdr. Bunun qarşısını almaq üçün də Neft Fondundan büdcəyə transferlərinin həcmi artırılmalıdır, Maliyyə Nazirliyi isə büdcə xərcləmələrini azaltmalıdır. Büdcədən xüsusən tikinti-infrastrukturuna yönəldilən xərcləmələrin azaldılması iqtisadi baxımdan daha məqsədəuyğundur. Sosial xərcləmələr, o cümlədən əmək haqqları və pensiya xərcləmələri azaldıla bilməz”.

Vüsal Qarayev







6 Dekabr, 2014  12:38 Baxılıb: 1123 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner