Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Akademik Ramiz Mehdiyevin kitabı qazax dilində nəşr olunub

Qazaxıstan Respublikasının Atırau şəhərində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qazax dilinə tərcümə olunmuş "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabının təqdimatı keçirilib.

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğundan Simsar.az-a verilən məlumata görə, kitab konsulluq tərəfindən “Azərbaycanın Qazaxıstanda biznes investisiya Assosiasiyası”nın maliyyə dəstəyi ilə nəşr olunub.

Tədbirdə çıxış edən Atırau Dövlət Universitetinin rektoru, professor Beybut Mamrayev "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabını tədbir iştirakçılarına təqdim edərək, əsərin Qazaxıstanda Azərbaycanın tanıdılması sahəsində əhəmiyyətindən, Azərbaycanın müstəqilliyini bərpasından sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən güclü dövlətin yaradılması və iqtisadiyyatın modernləşdirilməsi sahəsində həyata keçirilən siyasi prioritetlərinin işıqlandırıldığını qeyd edib. O, kitabın Qazaxıstan ziyalıları, habelə gənc alimlər tərəfindən Azərbaycanı dərindən tanımaları üçün dolğun nəşrin olduğunu vurğulayıb.

Daha sonra çıxış edən baş konsul Rəşad Məmmədov kitabın qazax dilində nəşr olunması səbəblərindən danışaraq, Azərbaycanın möhkəmləndirilməsi və inkişafı yolunda qazanılan uğurların qazax ictimaiyyətinə çatdırılmasında kitabın önəmini vurğulayıb. Baş konsul Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin geniş şərh edildiyi əsərin qazax ziyalıları, elm adamları, gənc alimlər və dövlət qulluqçuları üçün maraqlı olduğunu qeyd edib.

Baş konsul R.Məmmədov kitabın Qazaxıstanın qərb bölgəsində yerləşən vilayətlərin əksər kitabxanaları, ali təhsil müəssisələri, dövlət təşkilatlarına paylandığını qeyd edərək, qardaş Qazaxıstan Respublikasında ölkəmizin siyasi prioritetlərinin həyata keçirilməsində atılan addımların işıqlandırılması üçün akademik Ramiz Mehdiyevin qazax dilində nəşr olunmuş "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabının müfəssəl vasitə olacağını vurğulayıb.






6 Dekabr, 2014  11:35 Baxılıb: 556 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner