Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Dəyişən rəqiblər və nakam müttəfiqlər – ANALİTİKA

Yaxın Şərqdə və Ukraynada baş verən son hadisələr zamanı geosiyasi meydanda üz-üzə qalan Qərbin və Avropanın aparıcı dövlətləri qeyri ixtiyari olaraq dünya siyasətinin yeni modelini formalaşdırırlar. Tarixən biri-birinə əks mövqedə dayanan güclər, bu gün, addım-addım yaxınlaşmağa qərar verirlər. Ukraynda baş verən hadisələrin fonunda Qərb dövlətləri hazırda Rusiyaya qarşı açıq şəkildə hücuma keçib, müxtəlif sahələrdə sanksiyalar həyata keçirməyə cəhd göstərirlər.  Nəticə etibariylə tənəzzülün bir addımlığında dayanan Rusiya, hazırda xarici siyasətinin trayektoriyalarını dəyişmək məcburiyyətində qalıb.

Rusiyanın “qanına” susayan, dünyanı qloballaşdırmağa çalışan inkişaf etmiş Qərbin konservativ elitası bu planlarını həyata keçirmək üçün inkişaf etməkdə olan ölkələrdə liberal siyasətçiləri hakimiyyətə gətirərək bütövlükdə bəşəriyyət üzərində total nəzarəti öz əllərinə almaq istəyirlər. İqtisadiyyatla başlayan qloballaşma tədricən həyata keçirilməkdədir. İnkişaf etməkdə olan ölkələrin bank sistemləri, yeni yaradılmış fond və qiymətli kağız birjaları beynəlxalq maliyyə sistemi şəbəkəsinə qoşulmuş və getdikcə dünya bütöv bir orqanizm halına gəlməkdədir.

Hazırda regionda dinamik proseslərin getdiyini deyən politoloq Zəfər Quliyev isə hesab edir ki, bu, yeni dünyanın özəl xüsusiyyətidir. Onun sözlərinə görə, qlobal Qərb-Rusiya qarşıdurması konteksində faktiki olaraq yeni soyuq müharibə başlayıb: “Belə vaxta bir sıra ölkələr öz siyasi maraqlarını təmin etmək üçün əlverişli məkan axtarırlar.  Buna görədə bu gün Rusiya tərəfindən atılan addımlar başadüşüləndir. Rusiya sanksiyalardan qaçmaq üçün yeni münasibətlər qurmaqda maraqlıdır. O cümlədən Türkiyə ilə yeni əlqələrin qurulmasında Moskvanın xüsusi marağı var. Burda həm siyasi, həm də iqtisadi amillər böyük önəm kəsb edir”.

“Türkiyə regionda güclü oyunçuya və aparıcı dövlətə çevrilib”.

Politoloqun sözlərinə görə Türkiyə regionda güclü oyunçuya və aparıcı dövlətə çevrilib. Türkiyə NATO-nun və Qərbin müttəfiqi olmaqla fikayətlənmir: “Türkiyə çalışır ki, Rusiya bazarlarına çıxış əldə etsin, bir sıra sahələrə investidiya yatrımı edə bilsin. Rusiya-Türkiyə yaxınlaşmasının kökündə gələcəyə hesablanan bir sıra məsələlər dayanır. Artıq bununla bağlı müəyyən işarələr verilir. Ümid etmək olar ki, bu münasibətlərin inkişafı davam edəcək”.

Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanın maraq dairəsində: QARABAĞ KARTI

Haşiyə: Bəzi ekspertlər hesab edirlər ki, Türkiyənin Rusiyadan qaz alması Azərbaycan qazına olan ehtiyacı azaldacaq və nəticədə Azərbaycan zərər çəkəcək. Amma bunun istər enerji sahəsində, istərsə də siyasi sahədə Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Çünki Türkiyə öz təlabatından əlavə Avropaya  və başqa ölkələrə enrji resurslarını ötürən ölkəyə çevrilib. Buna görə də Azərbaycanla bağladığı sazişlərə sadiq qalacaq. Siyasi baxıma gəlincə Türkiyə-Rusiya yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə təsir göstərəcək və Bakı üçün xeyirli olacaq.

İranla münasibətlərin yaxşılaşması Qərbin ən böyük arzusu olduğunu deyən ekspert hesab edir ki, biz zamanlar İrana qarşı sanksiyalar həyata keçirilməsinin arxasında bu ölkəni Qərb dövlətlərinin tərəfdaşı səviyyəsinə çatdırmaq niyyəti dururdu: “Hesab edirəm ki, Rusiya ilə qarşıdurma vəziyyəyində, enerji sahəsində aparıcı bir ölkə kimi İranla yaxınlaşmaq Qərbin maraqlarına cavab verir. Hesab edirəm ki, bu münasibətlər davam edəcək. Bu da Azərbaycan üçün heç bir təhlükə yaratmayacaq”.

Nəticə etibariylə indiki mərhələdə Azərbaycanın geosiyasi seçim etməsi təhlükəlidir. Azərbaycan çalışmalıdır ki, daha eytiyyatlı və balanslaşdırılmış formada xarici siyasətini davam etdirsin.

Hüseyn İbadlı

Siyasət Şöbəsi







6 Dekabr, 2014  10:00 Baxılıb: 855 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner