Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün rabitəçilər peşə bayramını qeyd edir

Hər il dekabrın 6-sı Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.

Simsar.az-ın məlumatına görə, ən qədim dövrlərdə insanlar hündürlükdə tonqal yandırmaqla, çaparlarla, göyərçinlərlə informasiya ötürülməsi prosesini təmin edə bilmişdilər. Lakin zaman ötdükcə, insan zəkası inkişaf etdikcə daha mütərəqqi üsullara ehtiyac artmış və informasiya texnologiyalarının yaranması üçün labüd şərait yaranmışdı. Azərbaycanda rabitənin tarixi çox qədimdir. 1881-ci ildə ölkəmizdə ilk telefon xəttinin Bakıda “Nobel qardaşları Cəmiyyəti” tərəfindən çəkilməsilə tarixə düşən Azərbaycan rabitəsi yarandığı gündən özünəməxsus inkişaf yolu keçərək bu günkü dövrə çatmışdır.

1901-ci ildə Tiflis Poçt Teleqraf Dairəsi İdarəsinin tərkibində Bakı Poçt-Teleqraf kontoru yaradılmışdır.

1916-cı ildə bu kontor ləğv edilmiş və ayrı-ayrılıqda poçt və teleqraf kontorları təşkil edilmişdir.1918-ci il may ayının 25-də Azərbaycan Milli Şurası müstəqillik haqqında Bəyannamə qəbul etdikdən sonra Müvəqqəti Hökumətin tərkibində Yollar,Poçt və Teleqraf Nazirliyi yaradılmışdı.

Kabinə hökümətdaxili dəyişikliklərdən sonra oktyabr ayının 6-da Poçt və Teleqraf Nazirliyi, 1954-cü ildə Azərbaycan SSR-də Respublika Rabitə Nazirliyi, 2004-cü il fevral ayının 20-də isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdı. Bu gün isə həmin qurum  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adı ilə fəaliyyət göstərir.

Qədim tarixə malik olan rabitə sahəsi müasir dövrdə yüksək inkişaf səviyyəsinə çatmışdır. Dövlət siyasətinin prioritet istiqamətləndirən birinə çevrilən bu sahənin daha da inkişaf etdirilməsi ilə əlaqədar olaraq ölkəmizdə məqsədyönlü işlər aparılmış, müxtəlif dövlət proqramları, layihələr həyata keçirilmişdir.

Simsar.az







6 Dekabr, 2014  09:45 Baxılıb: 995 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner