Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Türkiyədə çıxan albomda azərbaycanlı bəstəkarın mahnıları yer alıb

Tanınmış bəstəkar və söz yazarı Günel Sərdarqızının yeni üç mahnısı dinləyicilərin ixtiyarına veriləcək. Bu barədə bəstəkar Simsar.az-a açıqlamasında bildirib. Mahnılar  “Çapkın kelebek”, “Yok öyle dünya”, “Təcrübə” adlanır. Hitlər Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimovanın elə qardaş ölkədə çıxan  musiqi albomunda yer alıb: “İradənin həmin albomundakı mahnıları onun çalışdığı tanınmış əcnəbi şirkətin musiqi prodüserləri seçib. Mənim kimi bir çox azərbaycanlı bəstəkarlar həmin alboma daxil olmaq üçün bir çox mahnılar yollayıblar. Lakin çox sevindirici haldır ki, məhz mənim üç mahnım üzərində dayanılıb”.

Qeyd edək ki, İ. İradənin həmin albomuna G. Sərdarqızı ilə  yanaşı məşhur türkiyəli müğənni və bəstəkar Sərdar Ortaç və Şəhrazatın mahnıları da  daxil edilib. “Çapkın kelebek” mahnısının sözləri Günay Çoban, “Yok öyle dünya” və  “Təcrübə”nin sözlıri isə elə bəstəkarn özünə məxsusdur: “ Bəstələdiyim mahnıların sözlərini heç kimə etibar etmirəm. Əsasən  özüm yazıram. Lakin “Çapkın kelebek”in sözləri  Günay Çobana həvalə edildi. G. Çoban Türkiyədə bir çox müğənnilərin məşhur mahnılarına söz yazıb. Elə bunlardan Tarkanın “Kayıp”, Özcan Denizin “Nasip deyilmiş”  mahnılarını  misal göstərmək kifayət edər”.

Xatırladaq ki, G. Sərdarqızının son yaradıcı işləri sırasına Elnarənin ifasında “Gentleman”, “Robot”, “Ha ha”, son günlərin ən çox dinlənilən  “Dayan” hiti, Lətifə Soyuözün ifasında “Hədəf”, “Çanta”, “Canın sağ olsun” mahnıları daxildir.

Günel







6 Dekabr, 2014  09:32 Baxılıb: 1207 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner