Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əməkdar rəssamın “İllüziyalar”ı sərgilənəcək

Dekabrın 12-də  Bakı Müasir İncəsənət Muzeyində Azərbaycanın əməkdar rəssamı Səbinə Şixlinskayanın “İLLÜZİYALAR” adlı işıq və video installyasilardan ibarət fərdi sərgisi keçiriləcək.

Simsar.az xəbər verir ki, Səbinə Şixlinskaya müasir konseptual və multimedia incəsənəti sahəsində fəaliyyət göstərən rəssam və müstəqil kuratordur. Onun yerli və xarici sərgilərdə və layihələrdə çoxillik təcrübəsi var. Səbinə Şixlinskayanın yaratdığı əsərlər dünyanın bir çox fərdi və muzey kolleksiyalarında saxlanılır və nümayiş olunur. Onun kuratorluq təcrübəsi Azərbaycanda və xaricdə həyata keçirilən 60-dan çox layihəni əhatə edir.

Sərgidə ən çox rast gəlinən şiddətli arzuların, habelə müasir cəmiyyət üzvlərinin tam əksəriyyətinin bölüşdüyü niyyətlərin obrazlarını kinayəli şəkildə əks etdirən və canlandıran yeddi işıq və video installyasiyaları nümayiş olunacaq. İnstallyasiyaların adları “Hakimiyyət”, “Şərəf”, “Azadlıq”, “Seçim”, “Xoşbəxtlik”, “Üfüqlər” və “Təbiət”-dir.

Nümayiş olunan əsərlərin təməlini bəşəriyyəti maraqlandıran ən zəruri suallardan biri-“malik olmaq və ya var olmaq?” haqqında düşüncələr təşkil edir.

Məşhur psixoanalitik və freydo-marksist Erix Fromm “Malik olmaq və ya var olmaq?” adlı fundamental əsərində qeyd edirdi ki, bəşəriyyətin hüdudsuz səadət, azadlıq, bolluq və təbiət üzərində hökmranlıqla bağlı ümidləri məhz sənayeləşmə erasının gəlişinə təsadüf edir, ehtimal olunurdu ki, qeyri-məhdud istehsal hədsiz istehlakı yaradacaq və, beləliklə, bolluq vəziyyətinə gətirib çıxaracaq. Lakin, nəticədə bu hal yalnız “malik olmaq” seçimini “var olmaq” seçimindən üstün tutan materialistik cəmiyyətin formalaşmasına səbəb oldu.

Neon işığın rəssam tərəfindən məqsədyönlü seçimi müasir reklamçılıqda geniş istifadə olunan material olaraq, işıq və rəng effektləri ilə istehlakçını cəlb edir.

Şıxlinskayanın məqsədi, müasir cəmiyyətdə  materialistik niyyətlərin cazibədarlığı və məşhurluğu ilə bağlı tənqidi və istehzalı baxışların nümayiş etdirilməsi olduğundan, təqdim olunan əsərlərdə vizual və semantik “illüziyaların” əks olunması üçün neon işığı ən mükəmməl ifadə vasitəsidir.

Günel







6 Dekabr, 2014  09:18 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner