Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sürücülərin qənimləri tutuldu

Biləsuvar polisi gecə saatlarında ağır tonnajlı yük maşınlarına qənim kəsilən oğruları zərərsizləşdirə bilib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, oğrular maşınlardan oğurladıqları akkumulyatorları Biləsuvar və Cəlilabad bazarlarında dəyər dəyməzinə satıblar.

Biləsuvar şəhər sakini Elnur Hüseynovun yaxın tanışı Cavid Şirinovla birgə asan pul qazanmaq istəyi onların yolunu yenidən rayon polis şöbəsindən salıb. İki gün ərzində “KamAZ” markalı maşınlardan 8 ədəd akkumulyator oğurlayan dostların növbəti əməliyyatı uğursuz olub.

Müstəntiq, Fərid Sultanlı bildirib ki, Elnur Hüseynov tanışı Cavid Şirinovla birlikdə gecə saatlarında Biləsuvar şəhəri ərazisində küçədə dayanmış “KamAZ” markalı maşınların üzərindən akkumlyatorları oğurlayıblar. Onların bu hərəkətləri nəticəsində zərərçəkmişlərə ümumikdə 1200 manatdan artıq maddi ziyan dəyib. Həmin oğurladıqları akkumulyatorları Elnur Hüseynov və Cavid Şirinov Biləsuvar və Cəlilabad şəhərlərinin bazarlarında aşağı qiymətlərə sataraq pul əldə ediblər.

Bundan əvvəl narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayan Cavid ilkin istintaqa ifadəsində törətdiyi əməldən peşman olduğunu dilə gətirib. 2-ci dəfə oğurluq etdiyinə görə qanun qarşısında cavab verməli olan Elnur isə oğurladıqları akkumulyatorları dəyərindən qat qat aşağı satdığını bildirib.

Faktla bağlı Biləsuvar rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq “silahdaşların” digər oğurluq hadisələrində iştiraklarının olub-olmadığını araşdırır.






5 Dekabr, 2014  22:29 Baxılıb: 743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner