Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Təsisatlar sifarişlə hesabat verir” – ELMAR MƏMMƏDYAROV

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində cari ilin 5 dekabr tarixində ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosunun direktoru cənab Mixael Link ilə görüşüb.

Simsar.az xəbər verir ki, görüş zamanı ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosu Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Elmar Məmmədyarov təsisat tərəfindən aparılan seçki monitorinqlərinin qərəzli olması, monitorinqlərin nəticələri ilə bağlı hazırlanmış hesabatların sifariş əsasında verilməsinin və təşkilatın məhz bu məsələlərdə ikili standartlar tətbiq etməsinin təşkilatla əməkdaşlığa və ona olan etimada xələl gətirə biləcəyini qeyd edib.

Mixael Link ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, həm seçki, həm də insan hüquqları kimi məsələlərdə ayrı-seçkiliyə yol verilməməsinin vacib amil olduğunu bildirmiş və təşkilatın gələcək fəaliyyəti zamanı bu iradların diqqət mərkəzində olacağını deyib. O, həmçinin, regiona səfər etmək niyyətində olduğunu qeyd edib.

 

Hüseyn İbadlı







5 Dekabr, 2014  18:10 Baxılıb: 741 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner