Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türk dünyası ustad aşıq Aslan Kosalını itirdi

Türk dünyası ustad aşıqlarından sayılan Aslan Kosalı dünyasını dəyişib.

Bu məlumatı Simsar.az-a “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

O bildirib ki, çağdaş aşıq sənətinin böyük zirvələrindən biri, dastanlar və saz havaları müəllifi Aslan Kosalı 85 yaşında vəfat edib: “Bu elimiz, Borçalımız, Azərbaycanımız, türk dünyamız üçün böyük itkidir. Borçalı Cəmiyyətinin ən çətin anlarda ən sadiq dayaq və yol göstərəni olub. Min təəssüf ki, üzürlü səbəbdən - buna səbəb olan günah sahibləri Allahsızlıq etdi, dəfn mərasimində iştirak edə bilməyəcəm. Borçalı Cəmiyyətinin İdarə Heyətinin üzvü, Dədə Camal Məclisinin sədri Elxan Məmmədli bizi vida mərasimində təmsil edəcək. İnanırıq ki, Borçalı eli ustadı adlarına layiq formada haqqın dərgahına yola salacaqlar”.

Z. Məmmədli qeyd edib ki, ustad aşığın dəfn mərasimi dekabrın 6-da Kosalı kəndində olacaq.

Simsar.az






5 Dekabr, 2014  10:09 Baxılıb: 1982 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner