Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sağlamlığımız təhlükədə - İcra hakimiyyətlərindən saymamazlıq

Paytaxtda və bölgələrdə keyfiyyətsiz ət və ət məhsullarının satışı davam edir. Kəsilən heyvanların sağlam olub-olmaması bir yana, sallaqxanalarda sözügedən məhsulların açıq havada satılması isə dəb halını alıb. Yol kənarında aparılan kəsim işləri isə gigiyena və sanitar normalara cavab vermir. Açıq şəraitdə, vitrindən asılan ətlər daha tez infeksiyaya yoluxur. Çirkab ətlərin kütləvi satılması isə yüzlərlə, minlərlə istehlakçının həyatını təhlükə altına qoymaq deməkdir.

Paytaxtın demək olar ki, bütün rayonlarında, qəsəbələrində sanitar-gigiyenik normalara cavab verməyən sallaqxanalar var ki, orada hər gün heyvan kəsilib, əti satılır. Bəzi sallaqxanalarda isə ümumiyyətlə soyuducu yoxdur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hər bir heyvan kəsilməzdən öncə onun sağlam olub-olmaması yoxlanılmalıdır. Kəsildikdən sonra onun qanından analiz götürülməli, yoxlanılmalı, məhz yararlı olduğu halda satışa buraxılmalıdır. Ancaq bunun üçün laboratoriyalar və lazımi  avadanlıqlar yoxdur.

E.Hüseynovun sözlərinə görə bu gün ölkənin bir çox bölgələrində “leşyığanlar” komandası fəaliyyət göstərir: “Murdarolmuş heyvanların əti təşkilolunmuş şəkildə Bakı, Gəncə və digər şəhər və bölgələrə aparılır restoranlara şadlıq evlərinə paylanılır. İstehklakçı hüquqlarının qorunması sahəsində dövlət orqanlarının da vahid siyasəti yoxdur”.

E.Hüseynov deyib ki, bütün dünyada ət və ət məhsullarının satışı xüsusi nəzarət altında həyata keçirilir: “Heç bir Avropa ölkəsində insanların gözü qarşısında heyvan kəsilmir. İctimai yerlərdə heyvan başı kəsmək ədəbsizlik kimi qəbul olunur. Xüsusi sallaqxanalar var ki, heyvan orada kəsilir, dərisi soyulur, əti hissələrə bölünüb mağazalara paylanılır. Azərbaycanda neçə illərdir ki, bəyan edilir ki, heyvanların kəsilməsi üçün hər rayonda xüsusi sallaqxanalar yaradılacaq, heyanlar orada kəsilib mağazalara paylanacaq. Amma ortada real iş yoxdur. Ümumiyyətlə, bizdə bu sahəyə hansı qurumun nəzarət etməli olduğu məlum deyil. Baytarlıq Xidməti, Gigiyena və Epidemiologiya Mərkəzi, rayon icra hakimiyyətləri, bələdiyyələr və s. qurumlar yeri gəldi-gəlmədi sallaqxanalarla bağlı açıqlamalar verirlər, onların bağlanılmasını vacib məsələ kimi qaldırırlar. Amma son işin hansı qurumun görməli olduğu aydın deyil”.

Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirdi ki, sözügedən problem həmişə onların diqqət mərkəzində olub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib  ki, təmsil etdiyi qurum mütəmadi şəkildə məsələ ilə bağlı monitorinqlər aparır:

“Qanunsuz sallaqxanaların ləğv olunması və heyvanların standartlara uyğun, təmiz yerlərdə kəsilməsilə bağlı tərəfimizdən bir neçə il öncə Sanitar, Gigiyena və Epidemiologiya Mərkəzinin rayon icra hakimiyyətlərinə müraciət edərək qanunsuz fəaliyyət göstərən sallaqxanaların ləğv edilməsi və standartlara uyğun kəsim məntəqələrinin tikilməsi üçün yer ayrılması məqsədilə dəfələrlə müraciət edib. Lakin bu sahədə sürətli irəliləyiş əldə olunmayıb. Ümidvarıq ki, bu il qanunsuz sallaqxanaların fəaliyyətinə son qoyulacaq və yüksək səviyyəli özəl kəsim məntəqələri inşa olunacaq. Biz həmişə çalışmışıq ki, sağlam heyvanların ətləri satılsın”.

Aysel Kərimova

 

 

 






5 Dekabr, 2014  10:00 Baxılıb: 1074 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner