Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rauf Arifoğlu Müsavatdan çıxa bilər - Baş redaktordan sərt açıqlama

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ANS-i qərəzdə və “AXCPpərəstlikdə”, Müsavat Partiyasının rəhbərliyini ikili standartlarda günahlandırıb.

Simsar.az-ın məlumatına görə, baş redaktor bu barədə öz “Facebook” səhifəsində yazıb:

“ANS mənə növbəti pisliyini, özünün növbəti namərdliyini yapdı. İki gün yalvar-yaxar, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı bir partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər. Müsahibə götürdükləri "Yeni Müsavat"ın baş redaktoru, çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası...

Bunca absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində Əli Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi... Bəzi Müsavat üzvləri də , hətta rəhbərliyə aid olanlar, “Facebook”da kürəyimizdən xəncərləməkdə. Həm də artıq neçənci dəfə. Böyük “Yurd”çu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik...

AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik. Onsuz da istər ötən il, istərsə də bu il Əli Kərimlinin Müsavatı dağıtmağa yönələn kampaniyasının qarşısında tək durduq, partiya nə özünə, nə də bizə dəstək vermədi. Hamı Dədə Qorqud oldu, bzisə kürəyindən qılınclanan Bamsı Beyrək...”

 







5 Dekabr, 2014  09:20 Baxılıb: 753 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner