Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şamil Mahmudbəyovun doğum günüdür

Bu gün Qaraca qız”, “Torpaq. Dəniz. Od. Səma”, “Romeo mənim qonşumdur”, “Dörd bazar günü”, “Şərikli çörək” və s. filmlərin rejissoru, əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun doğum günüdür.

Şamil Fərəməz oğlu Mahmudbəyov 1924-cü il dekadrın 5-də anadan olub. Şamil məktəbi bitirən il müharibə qapını döydü. Hələ yaşı çatmadığından 16 yaşlı oğlan dəmir yol texnikumuna gedəsi, arxa cəbhənin sayagəlməz mərhumiyyətləriylə üzləşəli oldu, üstəlik, təhsilini tamamlamaq fikrindən də əl çəkmədi.

Məktəbi bitirən il zor-güc könüllülər sırasına yazılan Şamil Mahmudbəyov Qroznıda hərbi-texniki məktəbi qurtardı. Birinci Ukrayna Cəbhəsində döyüşən hissənin tərkibində vuruşdu.

Haralardan keçmişdi onun döyüş yolu, ölümün gözünün içinə neçə dəfə baxmışdı, bu haqda danışmağı xoşlamazdı:

Vuruşmuşuq da, - deyirdi, - hamı necə, mən də elə. Amma bu deyimin özündən, üz-gözünün ifadəsindən dalda-bucaqda gizlənmədiyi aşkar olardı. 1945-ci ildə yaralanan, sağalıb yenə hissəyə qayıdan Şamil Mahmudbəyov dinc həyata üç il sonra - 1948-ci ildə döndü...

...Və iş yeri kimi qapısını açdığı ilk və son idarə - Bakı kinostudiyası (sonralar C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası) oldu. Ona kinematoqrafı anladan Adamın arzusunu, özünün ekrana sevgisini müharibənin od-alovu içindən keçirib gətirmiş, cavan yaşında həyatın hər üzünü görmüş oğlan onda hələ uzun. Əzablı yaradıcılıq yolunun başlanğıcında olduğunu bilmirdi. Studiyada işlədiyi bir il ərzində rejissor assistenti ekran adlı sirli aləmin gizlinlərinə yetməyə can atdı; həyata, çətinliklərə bələdliyi, dözümü qolundan tuturdu, dadına çatırdı. Elə bunun sonucuydu ki, sonrakı il onu Moskvaya - Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakultəsində oxumağa göndərdilər. Sovet kinosunun Sergey Kerasimov, Lev Kuleşov kimi korifeylərindən sənət dərsi alan Şamil Mahmudbəyov ilk kursdaca kinoda təsadüfi adam olmadığını isbata yetirmişdi, ekrana ciddi münasibəti, özümlü düşüncə tərziylə diqqəti çəkmişdi.

O, Bakı kinostudiyasına qayıdanda artıq "beskartinye" adlandırılan Zaman kəsiyi arxada qalmışdı, bir-birinin ardınca bədii və sənədli filmlər istehsalata buraxılırdı; Moskvada peşəkar təhsil almış Şamil Mahmudbəyov özünü irəli verib çoxlarından qabağa keçə bilərdi. Amma belə şey onun təbiətinə yadıydı.

Böyük-kiçik yeri gözləməkdən özgə ağlına bir şey gəlmirdi: hələ irəlidə yaş və təcrübə sarıdan böyüklər - Hüseyn Seyidzadə, Əjdər İbrahimov, Tofiq Tağızadə, Lətif Səfərov vardılar - hamısı da Moskvanı bitirmişdilər.

Az qala on il arzuladığı məqamı gözlədi: düzdü, bu illərdə boş oturmamışdı, "Görüş" (1955), "Qara daşlar" (1956) filmlərində ikinci rejissor işləmişdi, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu(haqqında sənədli lentlər çəkmişdi.

Bu səpgili filmlərin çoxsunu sonralar yaradıcılıq bioqrafiyasından silib atmışdı, heç adlarını da xatırlamırdı. Elə quruluş verdiyi ilk bədii lenti də həmin illərə aiddi: "Sol gediş" adlı bu qısametrajlı televiziya filmi çətin ki, indi kiminsə yadında qalmış ola...







5 Dekabr, 2014  09:31 Baxılıb: 922 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner