Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Azadlıq mücahidi - Nelson Mandela

“Mən həbsxanada keçirdiyim 27 ilə minnətdaram, çünki bu mənə fikirlərimi cəmləşdirməyə fürsət verdi. Azadlığa çıxandan bəri, mən bu fürsəti itirmişəm”.

Nelson Mandela 1918-ci ildə CAR-ın Umtatı əyalətində anadan olub. Mandela orta məktəb təhsilindən sonra Fort Hare Universitetinə qəbul olub, burada siyasi cərəyanlara qoşulub. Forta Herdə kollecdə oxuyub, 1940-cı ildə tələbə tətilində iştirak etdiyinə görə oradan qovulub. Bundan sonra Yohannesburqda mədən qarovulçusu olub, hüquq məntəqəsində çalışıb.

1943-cü ildə Mandela Vitvatersrand Universitetinə daxil olub, 1948-ci ilə qədər oxusa da, hüquqşünas diplomu ala bilməyib, daha sonra London Universitetində oxuyub, amma oranı da bitirməyə müvəffəq olmayıb. Bakalavr dərəcəsini Mandela yalnız 1989-cu ildə – həbsinin son aylarında alıb. Həbsdə yata-yata o, Cənubi Afrika Universitetində qiyabi oxuyub.

1944-cü ildə Mandela Afrika Milli Konqresinin Gənclər Liqasına daxil olub və tezliklə onun liderlərindən birinə çevrilib. 1950 ci illərdə aparteidə qarşı ən fəal mübarizlərdən biri olub, dəfələrlə həbs edilib. Mandela 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunub, 1961-ci ildə bəraət alıb.

1960-cı ildən Afrika Milli Konqresinə liderlik edən Mandela 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olunub.

1990-cı ildə həbsdən buraxılıb və yenidən Afrika Milli Konqresinin lideri seçilib. 1993-cü ildə o, CAR prezidenti Frederik de Klerklə birgə aparteidlə mübarizədə xidmətlərinə görə Nobel sülh mükafatı alıb.

1994-cü ildə CAR prezidenti seçilib. Səlahiyyət müddəti bitəndə – 1999-cu ildə siyasətdən çəkilib.

2013-cü il iyunun 27-də onu süni nəfəs aparatına qoşublar.

2013-сü il dekabrın 5-də 95 yaşında Yohannesburqda vəfat edib.

 






5 Dekabr, 2014  09:00 Baxılıb: 722 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner