Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Çingiz Əloğlunun yubiley tədbiri keçiriləcək

Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, Əməkdar İncəsənət Xadimi, tanınmış şair Çingiz Əlioğlunun 70 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, bir çox elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə Çingiz Əlioğlunun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirlərinə bəstələnmiş mahnılar ifa olunacaq.

Geniş oxucu məhəbbəti qazanmış Çingiz Əlioğlu Əməkdar Mədəniyyət İşçisi, Əməkdar İncəsənət Xadimi fəxri adlarına layiq görülüb, bir sıra beynəlxalq və milli mükafatlar laureatıdır. Bu günə qədər şairin doğma ana dilində və xarici dillərdə 60-dan çox kitabı nəşr edilib. Şairin ayrı-ayrı vaxtlarda dərc olunan “Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Görüşdən ayrılığa”, “Gün keçdi”, “Aynabənd, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Gecə və bahar”, “Şairlik bir sənət deyilmiş, qardaş” və s. kitabları müəllifinə ümumxalq məhəbbəti qazandırıb. Onun şeirlərinə bəstələnmiş mahnılar müğənnilərimizin repertuarını bəzəyir. Şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.

 

 






5 Dekabr, 2014  09:07 Baxılıb: 898 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner