Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İntihar üçün körpüyə çıxan şəxs həbs edildi

Bir müddət əvvəl Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyən Fəqan Nəsibov həbs edilib.

Simsar.az-ın məlumatına görə, bu gün Yasamal Rayon Məhkəməsində F. Nəsibov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, vətəndaşa qarşı 10 min manat miqdarında dələduzluqda təqsirləndirilir.

Qeyd edək ki, F. Nəsibov avqustun 21-də saat 11:00 radələrində intihar məqsədilə “Koroğlu” metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxıb. O, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevdən şikayət edərək bildirib ki, icra başçısı onun 65 min manat pulunu mənimsəyib.

Onu Fövqəladə Hallar Nazirliyinin xilasediciləri körpüdən düşürüblər. Fəqan Nəsibov Baş Prokurorluğun əməkdaşlarına təhvil verilib. Bundan sonra F. Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

F. Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.






4 Dekabr, 2014  20:28 Baxılıb: 765 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner