Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Roma Papasının erməni sevgisinə REAKSİYA - Hacı Şahin Həsənlidən

Dinlər sülhə xitab etməklə yanaşı, təcavüzü də pisləməlidirlər. Ona görə də Roma Papası Türkiyə-Ermənistan sərhədinin açılmasına çağırış etməklə yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzünü də pisləsəydi, yaxşı olardı.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

QMİ-nin səlahiyyətli nümayəndəsinin fikrincə, dinlər xalqlar arasında həm də barışıq yaratmaq missiyası daşıyır. Yəni din insanları həm də sülhə çağırır. Lakin sülhə çağırış yalnız münaqişələri doğuran səbəbləri araşdırmaqla ola bilər: “Hesab edirəm ki, din xadimləri insanları sülhə çağırdıqları zaman münaqişələri doğuran səbəblərə də diqqət yetirməlidirlər. Yəni səbəblər aradan qalxmadan təminatlı sülhdən danışmaq olmaz. Roma Papasının çağırışı zahirən sülh çağırışı kimi səslənir, amma burada bütöv bir xalqın zülmə məruz qalması unudulur və bu münaqişənin və yaxud Ermənistan-Türkiyə münasibətlərinin indiki durumunun nəyin nəticəsi olduğu yaddan çıxarılır. Ona görə də yaxşı olardı, Roma Papası ermənilərə də müraciət edərdi ki, onlar Azərbaycanın işğal etdiyi torpaqlarını azad etsinlər. Çünki Türkiyə ilə Ermənistan sərhədləri məhz bu səbəbdən bağlıdır”.

Qeyd edək ki, Roma Papası I Fransisk bu günlərdə Türkiyədə olarkən Türkiyə-Ermənistan sərhədinin yaxın vaxtda açılacağına ümid etdiyini deyib. Din xadimi hətta Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması üçün dua etdiyini açıqlayıb.






4 Dekabr, 2014  18:13 Baxılıb: 760 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner