Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tarix fənnində istifadə edilən test tapşırıqları təhlil olundu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi-metodiki seminar keçirilib.

Komissiyadan Simsar.az-a verilən məlumata görə, gündəlik məsələ 2014-cü ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında tarix fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.

Bu gün müzakirəsi aparılıb 15 (A variantı, 86-100 saylı, B variantı, 77, 80, 83, 85, 87, 91-100 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, çətinlik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq fənn üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılıb.

Növbəti seminarda (10 dekabr 2014-cü il, saat 11:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) abituriyentlər üçün çətinlik törədən mövzuların araşdırma və təhlili aparılacaq.

Aysel Kərimova

 






4 Dekabr, 2014  16:11 Baxılıb: 652 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner