Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azyaşlıların qorxuları - Psixoloq Rəyi

Bu dəfə sizə uşaqlar arasında ən çox yayılmış qorxulardan söhbət açacağıq. Öncə onu bildirək ki, uşaqlar arasında daha çox 4 qorxu növü yayılıb. Biz də bu növlər haqqında ətraflı məlumat verməyə çalışacağıq.

Ölüm qorxusu

3-6 yaş aralığı – məktəbəqədər yaş dövrünü əhatə edir. Bu yaş dövründə uşaqlar həddindən çox sual verirlər. Verdikləri sualların çoxu isə ölümlə bağlı olur. Bu dövrlərdə uşağın ən qorxduğu mövzu anasının ölməsi və ya onu tərk etməsidi. Ölümə keçici bir hadisə kimi baxar, ölənin geri gələ biləcəyini və ya mələk olub yaşaya biləcəyini düşünür. Bu səbəbdən əsəbləşdiyi zaman qarşısındakına “öl” deyə bilər. Kiçik uşaqlara ölümün mənasını başa salarkən xəstəlik və ya yaşlılıqla bağlamaq təhlükəlidi. Sevdikləri xəstələndiyi zaman və ya yaşlı olan yaxınları üçün narahat olmağa başlayarlar. Ölümü uzun bir səfərə bənzətmək də təhlükəli olar. Bir yaxını uzun bir səfərə çıxdığında, ya da uzun müddət yatdığında narahat olmağa başlayar. “Ölmək nədir?” deyə soruşduğu zaman, ona hər kəsin bir gün öləcəyini və həyatın sonu olduğunu izah etmək lazımdı.

Tək yatma qorxusu

Məktəbəqədər yaş dövründəki uşağın qorxularından biri də təkqalma qorxusudu. Bu zaman yatmaq istəməz, ya ana-atasını gözləyib yatar, ya da onlarla bir yataqda yatmaq istəyər. Bunun səbəbi kiçik yaşdan etibarən ana-atanın yanında yatma vərdişi ola bilər. Buna görə, uşaqlara ayrılmaq çətin gələ bilər. Xüsusilə evdə yeni bir körpə varsa, ananın diqqətini çəkmək üçün onunla yatmaq istəyə bilər. Ancaq bəzən bunun vərdiş ya da ərköyünlük ilə əlaqəsi olmadığı, qorxunun gerçək olduğu, uşağın saatlarla yuxuya gedə bilməməsi aydın olur. Yatağa  girmə qorxusu ölüm və ya yuxuya bağlı qorxular səbəbiylə ortaya çıxa bilər. Uşağın yatması uşaq ilə ana arasında müharibəyə çevrilə bilər. Bu zaman əgər ana uşağı buraxıb gedirsə, uşaq saatlarla ağlayır. Anası yanında dayandığında isə səssizcə yatır. Bu vəziyyətdə psixoloqlar tərəfindən valideynlərin uşağa rahatlaşdırıcı bəzi suallar verərək qorxusunun gündəlik həyatıyla əlaqədar olub-olmadığını öyrənmələri tovsiyə edilir. Yaxşı olar ki uşağın yuxu rejimi təşkil olunsun. Uşaq yatmadan 1 saat əvvəl sakit şəkildə televiziya seyr edə bilər. Ancaq televiziya proqramı, ya da hekayə həyəcan yaradırsa və qorxuducu xüsusiyyəti varsa, uşağa zərər verəcək.

Uşaq yatarkən sizinlə birlikdə olmaq istəyirsə, bunu sizin yatağınızda deyil, uşağın öz yatağında reallaşdırın. Bu uşağın öz otağına alışmasına və öz başına yatmasına kömək edəcək. Bu səbəbdən müstəqilliyini və fərdiliyini qazanıb yetkinləşməsinə köməkçi olacaq. Yataq qorxusu olan uşaq üçün yatana qədər onun yanında dayanmaq, yatmazdan əvvəl yanından ayrılmaq üçün tələsiklik etməmək lazımdı. Çünki bu, onu narahat edəcək və daha geç yatmasına gətirib çıxaracaq.

Qaranlıq qorxusu

Uşağın yatma qorxusu qaranlıq ilə əlaqədar da ola bilər. Qaranlıqda hər şey fərqlidi və uşaqların özlərini qaranlıqda tək hiss etmələri normaldı. Bu vəziyyətdə yataq otağında gözəl bir gecə lampası saxlamaq, ya da yastığın yanında bir fənər yandırmaq olar. Uşaq işıq yandığında qarabasmaların itəcəyini düşünəcək. Uşağın qaranlıqdan qorxusunun azalması üçün gecə gəzintiyə çıxarıb, gündüz görə bilmədiyi maraqlı şeylər ona göstərilə bilər (ulduzlar, ay, gecə yaşayan canlılar, vs.). Bu, uşağın qorxusunu gözlə görülə biləcək dərəcədə azalda bilər.”Bundan qorxmağa ehtiyac yoxdu” kimi sözlər daha çox mane olar.

Ayrılıq qorxusu

Ayrılıq qorxusu yaşayan uşaqlar, adətən, anasına qarşı həssas olurlar. Əgər anası da uşaqdan hər ayrıldığında tərəddüd edib, günahkarlıq duyursa, ya da uşağın otağına narahatlıqla girirsə, uşaq da ondan ayrılmağın həqiqətən də qorxulu bir şey olduğunu düşünəcək. Bununla yanaşı, bir uşaq heç zaman tərk edilməklə qorxudulmamalıdı. Bu, uşağın içindəki tərkedilmə duyğusunu oyandıracaq. Bu səbəbdən valideynlər hər mövzuda olduğu kimi uşaqların qorxularına da həssas yanaşaraq, irəlidə etibarlı insanlar olacaqlarını təmin etməlidilər.

Ana-atanın təsiri

Bir ana, uşağına davamlı göz dağı versə, “Məktəbə getdiyin zaman görəcəksən! Müəllimin, sənin kimi yaramaz bir uşağa necə davranacağını görəcəksən!” və s. ifadələr, müəllim nə cür yumşaq və anlayışlı biri olsa da yenə də uşağının məktəb fobiyasına tutulmasına və müvəffəqiyyətsizlik göstərməsinə səbəb ola bilər.

NARINC Uşaq Psixologiya Mərkəzinin Psixoloqu Anarə Baxşəliyeva

 

“Simsar” jurnalı







4 Dekabr, 2014  15:41 Baxılıb: 850 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner