Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Asiya Parlament Assambleyasında – FOTO

Millət vəkili Qənirə Paşayevanın  Asiya  Parlament Assambleyasının qətnaməsində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi, mədəni, dini abidələri dağıtmasının kəskinliklə pislənməsi təklifləri qurum üzvləri tərəfindən dəstəklənib.

Simsar.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Pakistanın Lahor şəhərində keçirilən Asiya Parlament Assambleyasının 7-ci sessiyasında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında  azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbirstanlıqları dağıtması ilə bağlı  geniş çıxış edib və qurumun qətnamə layihəsində bu məsələnin xüsusi qeyd edilməsini təklif edib. Millət vəkili Q.Paşayeva qeyd edib ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları məhv edərək azərbaycanlılara məxsus bütün izləri yox etməyə çalışırlar və bu çox dəhşətlidir. Ermənistan ilk öncə öz ərazisində etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları oradan qovdu və Azərbaycanın tarixi torpaqları olan bu günkü Ermənistan ərazisində azərbaycanlılara məxsus bütün tarixi, mədəni, dini abidələri məhv etdilər. Sonra isə işğal etdikləri Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti apararaq bütün insanları öz evlərindən zorla qovdular. Çoxlu sayda azərbaycanlını qətlə yetirib, soyqırm törətdilər. Bundan sonra isə tarixi, mədəni, dini abidələri dağıtmağa başladılar və onlar Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər dünya mədəniyyətinə də böyük zərbə vururlar. Çünki bu qədim abidələr dünya mədəniyyətinin də bir parçasıdır və biz harada kimlər tərəfindən törədilməsinə baxmayaraq hamımız bu cür məsələlərə kəskin etiraz səsimizi ucaltmalıyıq. Əgər siz gerçəkləri video və fotogörüntülərlə görmək istəyirsinizsə , mən  onları sizə göstərə və təqdim edə bilərəm. Burada mənim əlimdəki bu videolarda, bu  filmlərdə, kitablarda onların bir hissəsini görə bilərsiniz."

Millət vəkili Asiya Parlament Assambleyasında iştirak edən üzv ölkələri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələrin və qəbisrtanlıqların, dağıdılmaqda davam etməsindən narahatlıqlarını bildirmələrinin, bu kimi vandalizm aktları törətməyi dayandırmağı tələb etmələrinin vacibliyini vurğulayaraq həm qəbul edilən sənədlərdə bu məsələnin öz əksini tapmasını təklif edib həm də üzv ölkələri bu istiqamətdə səyləri daha da artırmağa çağırıb.Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyası üzv-ölkələrini ermənilər tərəfindən abidələrin dağıdılmasının qarşısının alınması üçün vacib addımlar atmağa və onların hərəkətinə siyasi qiymət verməyə çağırıb və bildirib ki,  harada baş verməsindən asılı olmayaraq bu kimi vandalizm aktları kəskin pislənməli və Assambleya tərəfindən qəbul ediləcək sənədlərdə öz əksini tapmalıdır.  Biz harada kimlər tərəfindən törədilməsinə baxmayaraq qəbirstanlıqların dağıdılması kimi barbarlığı kəskin pisləməklə bərabər onun dayandırılması üçün də əlimizdən gələni əsirgəməməliyik. Sizi yaxınlarının qəbirləri dağıdılan insanların ağrısını, acını bir dəqiqəlik hiss etməyə çağırır, onlara öz dəstəyinizi göstərərək ciddi addımlar atmağa çağırırıq. Millət vəkili Qənirə Paşayevanın bu təklifləri Pakistan, Türkiyə başda olmaqla bir sıra ölkələr tərəfindən dəstəklənib,Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələri və qəbirstanlıqları dağıtması kəskin pislənilib və Ermənistan bu kimi addımlara son qoymağa çağırılıb.

 






4 Dekabr, 2014  15:23 Baxılıb: 832 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner