Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Gürcüstan səfirliyində “atışma” oldu” – “Borçalı”nın sədri

“Təşkilatımızın bəzi üzvlərinin Gürcüstana buraxılmaması ilə bağlı məsələdə “atışma” oldu”.

Bunu Simsar.az-a “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüş zamanı müzakirə olunan məsələlərin detallarınını açıqlayarkən deyib.

Cəmiyyət sədri bildirib ki, görüş zamanı gələcək fəaliyyət və azərbaycanlıların problemləri ilə bağlı məsələlər müzakirə olunub: “Ümumilikdə görüşümüz olduqca səmimi mühitdə keçib. Nəticə olaraq qarşılıqlı anlaşma əldə olunub. Səfir cəmiyyətlə əmkdaşlıqda maraqlı olduğunu və gələcəkdə də daha sıx əlaqələrin qurulması üçün səy göstərəcəyini bildirib”.

Z.Məmmədli cəmiyyət üzvlərinin Gürcüstana buraxılmaması məsələsinin həl olunmamasının səbələrini də açıqlayıb: “Biz yaxşı anlayırıq ki, bu, səfirliyin səlahiyyətlərinə aid məsələ deyil. Hər bir dövlətin milli təhlükəsizliyini qoruması ilə bağlı beynəlxalq konvensiya var. Hər bir dövlət istənilən vətəndaşı ərazisinə buraxmaya və buna görə heç bir izzahat verməyə bilər. Hər halda mənəvi borcumuzu yerinə yetirmək üçün, Gürcüstan siyasi hakimiyyətinin yalnış mövqe tutduğunu səfirliyə bildirdik. Səfir isə təəccübünü gizlətmədi. O, kifayət qədər normal və şəffaf fəaliyyət göstərən bir qurumün üzvlərinin subyektiv mülahizələr üzündən Gürcüstana buraxılmamasından təccübləndiyini bildirdi. Əlbəttə ki, müəyyən məsləhətləşmələr və hüquqi istiqamətlər bəlli oldu. Buna görə də səfirlə görüşmədən qabaq müəyyən addımların atılmasını düzgün hesab etmirdik. Bundan sonra da Gürcüstanın və Azərbaycanın digər rəsmi qrumları ilə görüşlərimiz nəzərdə tutulub”.

Xatırladaq ki, ötən gün Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze “Borçalı” Cəmiyyətinin İdarə Heyəti yaranmış durumu müzakirə etmək üçün İdarə Heyətinin üzvləri Akademik Ramiz Məmmədov, professor Ramiz Məmmədov, Firudin İsmayılov, Qivi Paçxataşvili, Salman Murğuzlu və Zəlimxan Məmmədlidən ibarət  heyəti qəbul edib.

Hüseyn İbadlı

 






4 Dekabr, 2014  14:58 Baxılıb: 823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner