Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Məmmədyarovdan Ermənistana ittiham: “Münaqişənin həllinə əngəl yaradırlar”

“Ermənistanın Dağlıq Qarabağ münaqişənin həlli prosesinə əngəl yaradır”.

XİN-dən Simsar.az-a verilən məlumata görə, bunu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşü zamanı deyib.

Görüş əsnasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəsi qeyd edilmiş və Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin əhəmiyyəti vurğulanıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verərək bildirib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Ermənistanın münaqişənin həlli prosesinə əngəl yaratdığını deyən Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində keçirilmiş və təxribatçı məqsədlərə xidmət edən genişmiqyaslı hərbi təlimləri diqqətə çatdırıb.

Hüseyn İbadlı

 






4 Dekabr, 2014  13:37 Baxılıb: 699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner