Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Fotoda mədəniyyətimizi dəqiq göstər, 300 manatını al

Gənclər və İdman Nazirliyi müsabiqə elan etdi

Gənclər və İdman Nazirliyi aprel və may ayları ərzində 16-21 yaş arası olan gənclər üçün «Mədəni İrsimiz-Tarixi Dəyərimiz» mövzusunda foto-müsabiqəyə start verir. 

Nazirliyin mətbuat xidmətindən Simsar.az -a daxil olan məlumata görə, müsabiqəyə qatılmaq üçün gənclər tərəfindən Azərbaycanın zəngin mədəni irsini, mənəvi-əxlaqi dəyərlərini, tarixi məkanlarını özündə əks etdirən fotoşəkillər qəbul olunur.Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın mədəni irsinin, dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərdə Vətənə məhəbbət hisslərinin aşılanmasıdır. Bununla yanaşı, Avropa Şurasının təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən «Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi» layhəsinin Azərbaycan Respublikasında da baş tutması əsas amillərdən biridir.

Bu müsabiqə eyni zamanda Azərbaycanda “Turizm ili”nin elan olunması ilə əlaqədar olan tədbirlər çərçivəsində gerçəkləşdirilir. Müsabiqənin nəticəsi olaraq 4 nəfər qalib pul ilə mükafatlandırılacaq . 1 yer-300 manat, 2 yer-200 manat, 3-yer isə hər birinə 100 manat olmaq şərti ilə 2 nəfərə veriləcək.

Eyni zamanda qaliblər Gənclər və İdman Nazirliyi və Avropa Şurası tərəfindən təsis edilən fəxri diplomlar ilə də təltif olunacaqlar. Qalib gəlmiş fotoşəkillər «Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi» layhəsinin ümumi kataloqunda nəşr etdiriləcəkdır.

Müsabiqənin hər bir iştirakçısı fotoşəkilin adının qeyd olunması şərti ilə yalnız 10 şəkil (cd ya dvd formatında) təqdim edə bilər. Fotoşəkillərlə yanaşı müəllif haqqında informasiya (adı,soyadı, təvəllüd) və şəxsiyyət vəsiqənin surəti də əlavə edilməlidir .

Fotoşəkillər 03 may 2011 il tarixinədək Gənclər və İdman Nazirliyində (Ünvan: Olimpiya küçəsi 4, Nazirliyin inzibati binası, 1 mərtəbə. 1 otağ.) qəbul olunur.






21 Aprel, 2011  16:23 Baxılıb: 1556 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner