Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Leyla Yunusla bağlı REAKSİYA

"Ədliyyə Nazirliyinin Penitensiar xidməti təqsirləndirilən şəxs Leyla Yunusovanın guya müəssisə əməkdaşları tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalması ilə bağlı mediada yayılan növbəti məlumata cavab olaraq bildirir ki, həmin xəbər əsassızdır". Bunu Simsar.az-a Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov deyib. Onun sözlərinə görə, Leyla Yunusovanın və Gülyaz Şahıyeva adlı qadının saxlandığı otağa guya mülki geyimli bir neçə şəxsin daxil olması və təqsirləndirilən şəxsə qarşı təhqiredici hərəkətlərə yol verməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir: "Həmin mülki geyimli şəxslər Leyla Yunusovanın və onun vəkillərinin müraciətinə əsasən onun tibbi müayinəsi məqsədilə istintaq təcriaxanasına dəvət edilmiş Səhiyyə Nazirliyinin müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssisləri olub. Leyla Yunusova onları görən kimi guya təzyiqə məruz qaldığını deyərək yüksək səslə qışqırmağa başlayıb. Daxili intizam qaydalarını kobud pozduquna və həkimlərə qarşı qeyri-etik davranışına görə müəssisə rəhbərliyi tərəfindən töhmət alıb. Məlumat üçün bildiririk ki, Leyla Yunusovaya həkimlərin baş çəkəcəyi haqda qabaqcadan məlumat verilib və onun həkimlərə qarşı hərəkətləri əvvəlcədən düşünülüb. Xatırladaq ki, təqsirləndirilən şəxs Leyla Yunusova əvvəllər də bu cür davranışlarla gündəmə gəlməyə cəhd göstərib. Belə ki, saxlanıldığı vaxt da o, polis əməkdaşlarına qarşı kobudluğa yol verib. Bu, Leyla Yunusovanın belə kobud hərəkətlərə meyilli olmağına dəlalət edir".

Penitensiar xidmət bir daha bildirir ki, belə əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkum və təqsirləndirilən şəxslər, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayılır.






4 Dekabr, 2014  11:25 Baxılıb: 735 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner