Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan İsraillə kosmik tədqiqat sahəsində əməkdaşlıq edəcək

“Azərkosmos” ASC İsrailin “Gilat” şirkəti ilə müqavilə imzalayıb.

Simsar.az-ın İsrail mətbuatına istinadən verdiyi məlumata görə, sənədə “Azərkosmos” ASC-nin baş direktoru Rəşad Nəbiyev və “Gilat” şirkətinin baş direktoru Erez Antebi imza atıb.

Müqaviləyə əsasən, “Azərkosmos” İsrail şirkətinin təqdim etdiyi SkyEdge II-c multimodal platformasından istifadə edəcək.

Qeyd edək ki, SkyEdge II-c platforması peyk vasitəsi ilə genişzaloqlı rabitənin yaradılmasına hesablanıb.

“Biz şadıq ki, “Azerspace-1” peykinin müştəri bazası Avropa, Afrika, yaxın Şərq, Mərkəzi Asiya və Qafqazı əhatə edir. “Gilat” şirkətinin təqdim etdiyi SkyEdge II-c platformasını yüksək qiymətləndiririk. Bu platformanın köməyi ilə müştərilərimizə göstərdiyimiz xidmətlərin keyfiyyətini artırmağa nail olacağıq”, - deyə R. Nəbiyev bildirib.

E. Antebi isə “Azərkosmos” ASC ilə əməkdaşlıqdan məmnunluğunu bildirib.






4 Dekabr, 2014  11:06 Baxılıb: 855 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner