Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Terror təhlükəsi ilə bağlı ciddi təlimat verildi – AZƏRBAYCANDA

Azərbaycanda terror hadisələrinin qarşısının əvvəlcədən alınması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən bəzi qurumlara müvafiq tapşırıqlar verilib.

Simsar.az-ın məlumatına görə, hüquq-mühafizə qurumları partlayıcı maddələrin hazırlanması üçün istifadə edilən məhsulların və məhlulların radikal qruplar tərəfindən alınmasının qarşısını almaq məqsədilə əlavə tədbirlər həyata keçirir.

Əldə olunan xəbərdə bildirilib ki, artıq hüquq-mühafizə orqanları partılayıcı maddələrin hazırlanmasında istifadə edilə bilən məhlulların satışı ilə məşğul olan şirkətlərə ciddi təlimatlar verib. Təlimat ilk növbədə yanacaqdoldurma məntəqələrinə sahib şirkətlərə ünvanlanıb. Onların ciddi tapşırılıb ki, kiçik həcmli - 3 və 5 litr həcmində benzin vətəndaşlara satılmasın. Daha az həcmli qabda benzinin satışı isə istisnalarla həyata keçirilsin.

Xəbəri Simsar.az-la bölüşən mənbənin sözlərinə görə, bu təlimat paytaxtın Bakıxanov qəsəbəsindəki məsciddə baş verən son hadisədən sonra daha da ciddiləşdirilib. Artıq yanacaqdoldurma məntəqələrinin mühafizə xidmətlərinə tapşırılıb ki, satıcıların kiçik həcmli benzin satmasının qarşısının alınması üçün nəzarəti gücləndirsinlər.

Məsələ ilə bağlı əməkdaşımız Bakının bir neçə yanacaqdoldurma məntəqələrində araşdırma aparıb. Kiçik həcmli qabla məntəqəyə yaxınlaşan əməkdaşımıza bu şəkildə benzin satışına icazə verilmədiyi bildirilib.

Yanacaqdoldurma məntəqəsinin əməkdaşlar bildiriblər ki, bu məsələyə nəzarət çox cididir: “Əgər müştəri əlində qabla gəlib benzin almaq istəyirsə, ona satış etməyə ixtiyarmız yoxdur. Noyabrın 26-da Qaraçuxur məscidinin yandırılmasından sonra isə nəzarət daha da artırılıb.

Xatırladaq ki, yanacaqdoldurma məntəqələrinə belə bir təlimat hələ ötən il də verilmişdi. Lakin son məscid hadisəsinindən sonra bu tapşırıq daha da sərtləşdirilib və nəzarət gücləndirilib.

Vüsal Qarayev







4 Dekabr, 2014  10:30 Baxılıb: 887 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner