Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yeni “Kalaşnikov” avtomatı təqdim edildi

Dünyanın ən güclü avtomat silahlarından hesab edilən “Kalaşnikov” yeni görünüşü və loqosu ilə Moskvada ictimaiyyətə təqdim edilib.

Simsar.az xəbər verir ki, silahı istehsal edən “Kalasnikov Concern”, KC markasıyla ovçuluq geyimləri və bıçaqlar da satışa çıxaracaq.

Dövriyyəsinin əsasını ixracat təşkil edən şirkət, hazırda Ukrayna böranı səbəbindən qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların təsiri altındadır. Lakin buna baxmayaraq şirkətdən verilən açıqlamada bildirilib ki, keçən il 140 min silah satılıb ki, bu da ondan öncəki ilin iki qatı deməkdir. Ümumilikdə isə dünyada 100 milyondan çox Kalaşnikov satıldığı təxmin edilir.

Daha ucuz, qulluğu və istehsalı daha rahat, lakin daha güclü silah olan “Kalaşnikov” xüsusiylə Asiya və Afrikadakı ordular, qruplaşmalar arasında populyar silahdır.

Yeni Kalaşnikova iki dildə, İngiliscə “Sülhü qorumaq”, Rus dilində isə “Sülhün silahı” şüar seçilib.

Şirkətin İdarə Heyətinin sədri Aleksey Krivoruçko istehsalı müasirləşdirərək 2020-ci ildə 300 min silah istehsal etməyi planlaşdırdıqlarını bildirib.

Vüsal Qarayev







4 Dekabr, 2014  10:08 Baxılıb: 1823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner