Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İran Azərbaycana görə narahatdır

Dekabrın 3-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Əbuzər İbrahimi Türkman ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Xələf Xələfov Azərbaycan və İran arasındakı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Nazir müavini İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasındakı əlaqələrin dinamik inkişafının bariz nümunəsi olduğunu bildirib.

Regional sülh və təhlükəsizlik məsələlərinə toxunan Xələf Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində İranın mövqeyi və nümayiş etdirdiyi siyasi iradənin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Əbuzər İbrahimi Türkman ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələrin mövcudluğunu qeyd edib və bu əlaqələrin daha da inkişaf etməsinin zəruriliyini vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərdiyini qeyd edib və bu təşkilatın ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Ə.İ.Türkman Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrinin İranı narahat etdiyini vurğulayıb.






3 Dekabr, 2014  20:53 Baxılıb: 703 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner