Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Şamaxıda yol qəzası: sürücü döyüldü

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün saat 18:30 radələrində yolun 130-cu kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb.

Şamaxı şəhər sakini, 1950-ci il təvəllüdlü Hacıbaba Osmanovun idarə etdiyi “KaMAZ” markalı yük avtomobili qarşı tərəfdən gələn Muğanlı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Azər Hacıyevə məxsus “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı ağır xəsarət alan minik avtomobilinin sürücüsü A. Hacıyevə kömək etmək məqsədilə hadisə yerinə gələn və yolu keçmək istəyən Muğanlı qəsəbə sakinləri olan 1980-ci il təvəllüdlü Soltanov Səxavət Cümşud oğlu, qardaşı 1977-ci il təvəllüdlü Soltanov Samir Cümşud oğlu və 1984-cü il təvəllüdlü Mirzəyev Amil Faiq oğlunu “VAZ 2106” markalı digər avtomobil vurub. Hadisə zamanı piyadaların hər üçü və “VAZ 2106” markalı maşının sürücüsü A. Hacıyev müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə toplaşan Muğanlı qəsəbə sakinləri yaralıları xəstəxanaya yola saldıqdan sonra hadisəni törədən “KaMAZ” markalı yük avtomobilin sürücüsü Hacıbaba Osmanovu döyüblər. Ayaq və yumruq zərbələri səbəbindən ağır xəsarət alan Hacıbaba Osmanov Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.






3 Dekabr, 2014  20:10 Baxılıb: 745 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner