Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bu dəfə elmə görə qan töküldü

Yunanıstanın paytaxtı Afinada həbsxanada ali təhsil haqqı üçün aclıq aksiyası keçirən Nikos Romanosa dəstək məqsədilə təşkil edilən nümayişlərdə qan tökülüb.

Simsar.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən Monastiraki meydanında toplaşan və özlərini "hökumət əleyhdarı anarxistlər" adlandıran təxminən 5 min adam Eksarhia səmtinə doğru hərəkətlənib.

Təhlükəsizlik qüvvələri müdaxilə zamanı gözyaşardıcı qazlardan istifadə edib. Nümayişçilər molotov kokteyli ataraq nümayişi davam etdiriblər.

Eksarhia küçələrində polislə nümayişçilər arasında davam edən qarşıdurmada 1 nəfər nəzarətə götürülüb. 4 avtomobil, 1 avtobus və çox sayda ictimai iaşə obyektləri ciddi ziyan görüb.

Bu arada yunan mediasının verdiyi məlumata görə, hökumət Romanosun təhsil almasını təmin edən qanun layihəsi hazırlayır.

Xatırladaq ki, bank soyduğuna görə, 15 il həbs cəzasına məhkum edilən 20 yaşlı Nikos Romanos təhsil imtahanlarında yüksək nəticə göstərdikdən sonra təhsil almaq üçün noyabrın 10-da aclıq elan etmişdi.






3 Dekabr, 2014  19:40 Baxılıb: 760 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner